‘Bioxen’ şampunları reklamlarla əhalini aldadırmış - RƏSMİ

‘Bioxen’ şampunları reklamlarla əhalini aldadırmış -  RƏSMİ
İQTİSADİYYAT
14:08 31.05.2013
6938

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam yayımı sahəsində monitorinqlər aparıb.

Nazirlikdən verilən məlumata görə, monitorinqlər zamanı “TREKA-2009” MMC-yə məxsus www.bioxen.az saytında test nəticələrinə istinadən yayımlanan reklamda “Bioxen” şampun və serumundan istifadənin saç tökülməsinin qarşısının alınmasına və yeni saç əmələ gəlməsinə səbəb olması barədə məlumat verildiyi müəyyən edilib. Aparılan araşdırmalar zamanı isə əslində testdə “Bioxen” şampun və serumunun yalnız saç tökülməsinə qarşı müalicəyə ehtiyacı olan, saç və saç dərisində heç bir dəyişiklik olmayan kişilər üzərində 9 ay ərzində bu şampundan həftədə ən azı 3 dəfə, serumundan isə gündə 2 dəfə istifadə edilməklə keçirilmiş sınaqların nəticələrinin əks olunduğu müəyyənləşdirilib. Lakin “TREKA-2009” MMC tərəfindən www.bioxen.az saytında yayımlanan reklamda testdə istehlakçılar üçün vacib olan məlumatların əhəmiyyətli hissəsi gizlədilib, bu məhsullardan cəmi bir dəfə istifadə etməklə müsbət nəticə əldə olunduğu fikri formalaşdırılmaqla haqsız reklama yol verildiyi aşkar olunub.

Qeyd edək ki, qanunsuz reklam üsullarından istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə “TREKA-2009” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. (azadinform)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
5 gün yağış yağacaq - Xəbərdarlıq
12:25 11.06.2026
5 gün yağış yağacaq - Xəbərdarlıq
Gəmiyə hücumda həlak olan Fuad Orucov Xaçmazda dəfn edildi - FOTO
12:24 11.06.2026
Gəmiyə hücumda həlak olan Fuad Orucov Xaçmazda dəfn edildi - FOTO