Bir öpüşlə sevgilisini iflic etdi

MARAQLI
19:24 22.01.2011
2339

Hadisə Oukland şəhərində baş verib. Xəstəxanaya iflic şikayəti ilə müraciət edən qadının boynundakı göyərmənin buna səbəb olduğu aydınlaşıb. Yeni Zelandiyada dərc olunan tibb jurnalında barəsində yazılan qadının öpüşdən sonra sol qolunu tərpədə bilməməsi bildirilir. Qadını müalicə edən həkim Teddi Vu hadisəni belə izah edib: “Boyunun şah damarı keçən bölgəsinin sərt şəkildə öpülməsi nəticəsində əzilmə damarda qan laxtalanmasına səbəb olub. Bu laxta ürəyə enərək sol qolda hərəkət qabiliyyətinin itirilməsinə gətirib çıxarıb”.

Əvvəllər belə hadisə ilə rastlaşmadığını qeyd edən həkim 1 həftəlik müalicədən sonra qadının qolunu tərpədə bildiyini deyib. Onun sözlərinə görə, hadisədən dərhal sonra müalicəyə başlanması iflicin daimi xarakter almasına mane olub. //milli.az

OXŞAR XƏBƏRLƏR