Çexiya Respublikasında bir logistika şirkətində menecer işləyən Cənubi Koreyalı Yongsuk Cang (38) təxminən 5 il əvvəl Muğlanın Marmaris şəhərində tanış olduğu Cansel Soylu (26) ilə evlənib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki il İslam dinini araşdıran Cang, Bingöldə keçirilən bir mərasimdə İslamı qəbul edib.
O, Şəhadət gətirdikdən sonra özünə "Can" adını götürüb.
Can, İslamı qəbul etdiyi gün Cansel Soylu ilə nikah masasına oturub.
Aysel














































