Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, fevralın 20-də saat 15.10-dan 15.15-dək və 22.05-dən 22.25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15.00-dan 15.05-dək, 21.10-dan 21.15-dək, 22.05-dən 22.15-dək, 22.20-dən 22.35-dək, 23.20-dən 23.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Nəticədə ordumuzun bir əsgəri , 2009-cu ilin oktyabrında Neftçala Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Hüseynov Tural Murad oğlu şəhid olub.