Bir ailənin 4 üzvünün intihar səbəbi: Banka borcları var imiş

TOP4
11:36 08.11.2019
7032
Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində bir ailənin 4 üzvünün intihar etməsinin səbəbləri müəyyənləşib.
 
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, evin tək işləyəni olan Oya bacı-qardaşlarına zəhərli meyvə suyu verib zəhərlədikdən sonra özü də intihar edib.
 
Dostları isə bir müddətdir depresiyada olan Oya haqqında acı dolu faktlardan danışıblar. Məlum olub ki, ailə son dərəcədə maddi sıxıntı yaşayırmış. Banklara külli miqdarda kredit borcu olan ailə qaz və işıq pullarını belə ödəyə bilmirmiş.
 
Oya Yetişkinin dostu Serpil Alkan borclar içində olan qardaş-bacıların hekayələrini danışıb : Alkan, Oya və Kamuran mənim 35 illik dostlarımdı. Oya anası vəfat etdikdən sonra 60 min TL kredit götürmüşdü. O, restoranlarda müğənnilik edirdi, bəzən də model kimi çalışırdı. Oyanın çəkisi 130 kq-a qalxdığı üçün ona gülürdülər. O da bu duruma görə depresiyaya düşmüşdü. Həmişə mən ölsəm qardaşlarıma, bacıma kim baxacaq deyirdi. Ən çox bacısını sevirdi. Heç evlənmədilər, hər zaman birlikdə yaşadılar. Ev sahibi kirayəni qaldırmaq isdəyirdi, buna görə məhkəməyə veriləcəkdilər. Ramazan ayında ərzaq yardımı edənlərdən onlar üçün ərzaq alırdım. Amma bu il o mənə  mən daha səndən ərzaq almayacam, durumu bizdən pis olanlar var " dedi.
 
Ölən gənclərin cənazələrinə kimsə sahib çıxmadığı üçün onlar kimsəsizlər qəbrstanlığında dəfn ediliblər.
 
Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:38 05.12.2020

Ter-Petosyan: “Prosesin belə davam etməsi həm də Ermənistan dövlətçiliyinin sonu olacaq”

23:35 05.12.2020

Ermənistanın sabiq xidmət rəisi: Dövlət orqanları daha Paşinyana tabe olmur

22:43 05.12.2020

Ermənilər Ağdamı tərk edərkən məzarları dağıdıb, ot tayalarına od vurublar - FOTO

22:09 05.12.2020

Ruhi Əliyeva da koronavirusa yoluxdu

22:08 05.12.2020

Türkiyədə həftəsonları 56 saat “evdə qalmaq” rejimi tətbiq olunur

21:25 05.12.2020

Parsidə etiraz aksiyası zamanı polislər gözyaşardıcı qazdan istifadə etdi

20:56 05.12.2020

Daşkəsəndə avtomobil aşdı, sərnişini öldü

20:37 05.12.2020

Çində mədəndə partlayış nəticəsində onlarla insan həlak oldu

20:17 05.12.2020

Türkiyə və Rusiya hərbçilərinin Qarabağda yerləşəcəyi ərazi bilindi

20:04 05.12.2020

Prezidentə yazırlar: "Bu xoşbəxtliyi bizə Sizin dəmir iradəniz və komandanlığınız altında müzəffər Ordumuz nəsib etdi"

19:46 05.12.2020

Afrikada koronavirusdan ölənlərin sayı 53 min nəfəri ötdü

19:34 05.12.2020

Dünya Bankı: Yoxsulluq həddində yaşayan insanların sayı artacaq

19:07 05.12.2020

Ötən gün yaşayış yerini tərk edən 18 aktiv koronavirus xəstəsi saxlandı

18:40 05.12.2020

Sarqsyan Paşinyanı təhqir etdi: "Sən alnına satqın yazılan qorxaq rəhbərsən"

18:18 05.12.2020

Ərdoğan: “Artıq Dağlıq Qarabağ səmasını bez parçaları deyil, hilal və ulduz bəzəyir” - VİDEO

18:10 05.12.2020

Köçəryan: "Azərbaycan Ordusunun Şuşaya necə daxil olduğunu hərbi ekspertlərimiz belə anlaya bilmir"