Bir ayın əsgəri iynədən şoka düşüb öldü - Foto

Bir ayın əsgəri iynədən şoka düşüb öldü - Foto
SOSİAL
14:44 26.05.2025
639
Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev dünyasını dəyişib.

AZXEBER.COM Bakupost.az-a istinadən xəbər verir ki, 20 yaşlı Fariz hərbi xidmətə bir ay öncə başlayıbmış.

Andiçmə mərasimindən sonra Qubada yerləşən N saylı hərbi hissəyə göndərilən əsgər üç gün sonra, mayın 10-da vəfat edib.

İddialara əsasən, yüksək hərarəti olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.

Qeyd edək ki, əsgərin ölümü ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
 

 


OXŞAR XƏBƏRLƏR