“Onlara göstərilən etimaddan sui istifadə edirlər”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı idmançılarımızın olimpiya çempionu olandan sonra keçirilən yarışlarda ən zəif nəticələr göstərmələrindən danışarkən belə deyib:
“Bu sualı yaxşı olar ki, onları hazırlayan məşqçilər, mütəxəssislər cavab verə bilər. Amma ümumilikdə onu deyə bilərəm ki, Azərbaycanda ölkə başçısının idmançılarımıza xüsusi diqqəti və qayğısı var. Buna görə də ölkəmizin bayrağını yüksəklərdə dalğalandıran hər bir idmançıya bütün imkanlar yaradılır. Onlar isə bir dəfə olimpiya çempionu olandan sonra arxayınlaşırlar. Onlara göstərilən etimaddan sui istifadə edirlər”.
Qeyd edək ki, London-2012 Olimpiadasının qızıl mükafatçısı Toğrul Əsgərov 65 kq çəki dərəcəsində qüvvəsini sınayarkən bolqarıstanlı güləşçi Borislav Noviçkova məğlub olub. Güləşçimizin 1/8 finalda mübarizəni dayandırması hər kəsi təəccübləndirib. Mətbuatda da T.Əsgərovun Olimpiya çempionu olduqdan sonra bu cür məğlubiyyətə uğramasının onun arxayınlaşması və idmandan uzaqlaşması ilə bağlı olması haqda yazılar yer alır.