Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu

Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu
İQTİSADİYYAT
12:24 10.12.2025
411

Qafqazın ilk rəqəmsal ekosistemi Bir, müştərilərinin həyatını asanlaşdırmağa davam edir. Belə ki, ötən ay ərzində ekosistem brendləri nəqliyyatdan, rəqəmsal ödənişlərədək bir çox yeniliklərlə müştərilərini sevindirib.  

Birbank-la ictimai nəqliyyat sistemində yeni dövr başladı

Birbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində artıq vətəndaşlar, Bakı Metropolitenində gediş haqqını istənilən banka məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyə bilərlər. BakıKart-la birgə həyata keçirilən yenilik, təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem "Apple Pay”, "Google Pay” ödəniş sistemləri ilə yanaşı, "Birbank”, "BakıKart” və "m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir. Qeyd edək ki, rəqəmsal ödənişləri və ictimai nəqliyyatdan nağdsız istifadəni dəstəkləyən təmassız (NFC) ödəniş sisteminin qısa zamanda marşrut avtobuslarında da tətbiqi nəzərdə tutulur.

Bir Bonusla taksi ödənişləri daha sərfəli oldu

Bir ekosistemi partnyor şəbəkəsini genişləndirməyə davam edir. Bu isə müştərilərə qazandıqları bonusları daha geniş arenada xərcləmək imkanı yaradır. Ötən aydan etibarən Bir Bonuslular qazandıqları bonusları Yango-da taksi gedişlərinin ödənişi zamanı istifadə edə bilərlər. Bunun üçün Yango tətbiqində Bir ID ilə qeydiyyatdan keçərək, bonus kabinetini aktivləşdirmək kifayətdir. İstifadəçilər səfərin dəyərinin 90%-dək hissəsini bonuslarla ödəmək imkanına sahibdilər. Bir bonus 1 manata bərabərdir və cari bonus balansı birbaşa Yango tətbiqində əks olunur. Bir ekosistemi və Yango arasındakı bu əməkdaşlıq müştərilərin gündəlik həyatını rahatlaşdırmaqla yanaşı, bonuslardan istifadə sferasını da xeyli genişləndirir. Bu isə istifadəçilərin vaxtına və büdcəsinə əlavə dəyər qatır.

Birmarket-də "Google Pay"Apple Pay”lə ödəniş rahatlığı

Artıq Birmarket-də alış-veriş edənlər üçün ödəniş rahatlığı maksimum həddə çatdı. Belə ki, tətbiq edilən yeniliklə istifadəçilər artıq Birmarket alış-verişlərində ödənişlərini kart məlumatlarını əlavə etmədən "Google Pay və ya "Apple Pay” vasitəsilə rahatlıqla edə bilərlər. 

m10 ilə rəqəmsal səsvermə imkanı

Artıq m10 tətbiqində rəqəmsal səsvermə imkanı da mövcuddur. İlk dəfə "Kəlmə-kəlməyə” layihəsi ilə əməkdaşlıq çərçivəsində tətbiq edilən yenilik şou dünyasında yeni dövrə start verir. Belə ki, söz sənətinin həvəskarları dəstəklədikləri iştirakçılara m10 üzərindən səs verə bilərlər.

 

m10-da yadda saxlanılmış bank kartı ilə ödəniş

m10 istifadəçilərinə daha bir rahatlıq təqdim edir. Belə ki, indi m10 balansı az və ya sıfır olduqda belə istifadəçilər ödənişləri və köçürmələri birbaşa yadda saxlanılmış bank kartı vasitəsilə həyata keçirə bilərlər.

Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək