Bir gəncin "facebook" faciəsi (FOTOLAR)

Bir gəncin "facebook" faciəsi (FOTOLAR)
Bütün Xəbərlər
22:47 31.10.2011
11519
“Facebook”da İbrahim Kurtkan yazıb, səhifəni açan kimi qarşıma bu sözlər çıxdı. Bu yazını görən kimi anladım ki, düzgün ünvandayam. Son günlər bütün Türkiyə bu gəncdən danışır. Hər kəs onun profilinə daxil olub, son paylaşımlarını izləyir. İbrahim Kurtkan ölümünü facebooka yazaraq qardaş ölkəni şoka salıb. İlk olaraq gənc aşiq haqda məlumat vermək istərdim. İbrahim 1992-cı ildə Türkiyənin Tekirdağ vilayətində anadan olub. 28 oktyabra kimi Tekirdağ litseyində oxuyurmuş. Şəxsi səhifəsində yazdığına görə “Fənərbaxça”nın fanatı imiş. Daha sonra isə İbrahimin ölümündən öncəki statuslarına baxmağa başladım. Statuslara göz yetirən kimi onun dəlicəsinə aşiq olduğuna əmin oldum. O yalnız və yalnız ayrılıq və ölüm haqda statuslar yazıb. Bir sözlə, onun səhifəsinə baxan hər kəs İbrahimin intihar edəcəyini düşünə bilərmiş. İbrahim artıq 2 aya yaxın imiş ki, bədbin, pessimist ruhlu statuslar yazırmış, mahnılar paylaşırmış. Qəhrəmanım 20 gün öncə statusunda “nəyə görə mənim sevdiklərim məni sevmir problem məndədir mi...?” sualını dostlarına ünvanlayıb. Maraqlıdır ki, statusa şərh yazan dostları da İbrahim kimi bədbin olublar. Dostları ona ürək-dirək vermək əvəzinə “Neyləyək bizim də sənin kimi üzümüzü güldürən bir sevgilimiz olmadı, üzümü güldürmək istəsəydi hazırda mənimlə olardı başqasıyla yox”. Bütün statuslarını ölümə və ayrılığa həsr edən İbrahim bu şərhdən sonra dostuna dəstək olub: “Sən məndən də betərsən dostum, gərək heç sənin də yaranı deşməzdim” cavabını yazıb”. Bütün günü bədbin statuslar yazan İbrahim oktyabrın 16-da birdən-birə “Nədir bu məndəki pozitiv enerji, mən də anlamıram. Hazırda qəhqəhə çəkməyim var :) dama çıxışım var :) balkondan atlayışım var :) qonşumun pəncərəsinə daş atışım var :) qəhvəaltıda çiy köftə yiyəsim var :) ağlayıb sonra güləsim var :) marketdən saqqız alıb, kredit kartıyla ödəyəsim var :) avtobusu durdurub, yoldan geçən birinə saatı sorasım var :) əlimə fotomu alıb, yoldan gələn-keçənə bunu gördünüzmü diyəsim var :) əslində isə mənim hər kəsə MƏRHABA diyəsim var :))))". Maraqlıdır ki, mərhumun statuslarını bəyənən maksimum 2-3 nəfər olub və onlar da bu qədər bədbin statusdan sonra bunu yazan İbrahimə “qardaş, sənin güclü psixoloqa ehtiyacın var” şərhini yazıblar. O da cavabında bunu təsdiqləyib. Amma eşq, məhəbbət, sevgilisindən qarşılıq ala bilməyən İbrahimi o qədər sarsıdıb ki, o yenə də əvvəlki imicinə yani bədbin statuslarına qayıdıb. Və budur İbrahimin “facebook”da və həyatda son günü, son statusları və son gülləsi...28 oktyabr yəni həyatının son günündə yazdığı ilk status: “Allah hər kəsi sevdiyinə qovuşdursun desəm, neçə nəfər amin deyər ?????”. Daha sonra İbrahim Barış Akarsunun “Öldüyümü söyləməyin” mahnısını paylaşıb. Və onu bu dünyadan ayıran güllələr... İbrahim 12 saat sonra onu öldürəcək olan ov tüfənginin iki patronunun fotoşəkilini çəkərək profil rəsminə çevirib və qeyd edib: "Bu ikisindən biri məni layiq olduğum yerə aparacaq". Daha sonra isə “Facebook”dakı səhifəsində əlaqə vəziyyətini 'Əlaqəsi yox' olaraq dəyişdirdən gənc belə sonuncu status yazıb: "Hər kəs haqqını halal etsin. Çox sevdim və sevərək öləcəyəm". Ardı isə hər kəsə məlumdur...insan ölür amma “facebook” səhifəsi hər zaman aktiv qalır. Bu aktivliyi isə səhifənin sahibindən başqa hər kəs görür. İstəyirəm ki, 19 yaşlı sevgi qurbanın dostlarının yazdığı başsağlıqlarını olduğu kimi sizə təqdim edim:“Çok üzgünüm.... ailesine sabırlar diliyorum..En sevdiğim öğrencilerimdendi. hayat dolu idin be Koçum. buna inanamıyorum...”“İbrahim bunu yapacak biri degildi..elbet bunun sorumluları bulunacak”“Ahh be kardesim bee. Senin gibi aklı basında bir delikanlının bunu yaptığına hala inanmış değilim”.“Kardeşim ne yaptın be yıktın bizi”Bu da hər şeyi başladan və bitirən status:“Arkadaşlar İbrahımın uğruna canına kıydığı kızın kım oldugunu bılen varmı bana ismini söyleye bilirmi?”....

Hacıbəy HEYDƏRLİ

OXŞAR XƏBƏRLƏR