“Bir gün ayağınla əzdiyin torpaq...” - Dəhşətli qəzada ölən gəncin son statusu

“Bir gün ayağınla əzdiyin torpaq...” -  Dəhşətli qəzada ölən gəncin son statusu
Bütün Xəbərlər
17:36 19.05.2014
10513
Mayın 18-nə keçən gecə Bakı şəhərinin Sabunçu rayonunda baş vermiş dəhşətli qəzada həlak olan gənclərlə bağlı bəzi məqamlar aydınlaşıb
Lent.az-ın məlumatına görə, “MG” markalı avtomobilin “BMW” ilə toqquşması nəticəsində həlak olan 23 yaşlı Xəyal Əsgərov və 21 yaşlı Mahmud Quliyev tələbə olublar. Hər iki gənc yaxın dost olub və vaxtaşırı birgə şəhərə gəzməyə çıxırlarmış. 
Qəzadan bir neçə gün əvvəl isə 21 yaşlı M.Quliyev sosial şəbəkədəki səhifəsində “Bir gün ayağınla əzdiyin torpaq, sabah sənin üzünü örtə bilər” deyə status paylaşıb.
M.Quliyevin ölümündən sonra dostları onun bu paylaşmasının altından emosional şərhlər yazıblar.
OXŞAR XƏBƏRLƏR