Bir gündə 14 nəfər dar ağacından asıldı

DÜNYA
08:19 08.11.2012
1395
Bloquçu isə Tehranın «Evin» zindanında müəmmalı şəkildə keçinibNoyabrın 7-də İranın Tehran və Şiraz şəhərlərində narkotik maddələrin satışında və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş 13 nəfər dar ağacından asılıb.“Media forum” saytının məlumatına görə, Tehrandakı edamlar həbsxanalarda reallaşdırılıb. Edam olunanların adları belədir: Əhməd Təcəri, Şəhram Yədullahi, Yusif Kərimxani Zərnəqi, Qadir Məleki, Əsgər Fərəci Nəyyeri, Əbdülqadir Hadi Tacik, Seyid Calal Hüseyni, Həmid Qulami, Qəhrəman Qasimi Kərəm Cavan və İbrahim Bərahui.Şirazda ictimaiyyət qarşısında dar ağacından asılan 3 nəfərin adları açıqlanmayıb.İranın Zərənd şəhərində də bir nəfər əhalinin gözü qarşısında asılaraq edam edilib. Narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən şəxsin evində 809 kiloqram heroin tapılıb. Zərənd məhkəməsinin çıxardığı ölüm hökmü şəhər mərkəzində icra edilib.8 gün əvvəl tutulan bloqçu, “Facebook” ictimai şəbəkənin fəallarından sayılan 35 yaşlı Səttar Behişti saxlanıldığı Tehranın Evin zindanında keçinib.O, oktyabrın 31-də atasının mənzilində tutulmuşdu. Həmin vaxt evdə yoxlama aparılmış, bloqçunun kompüteri, əlyazmaları və bir sıra digər şəxsi əşyaları götürülmüşdü.Səttar Behiştinin bacısı İrandakı hüquq müdafiəçilərinə açıqlamasında deyib: “Noyabrın 5-də həyat yoldaşımı zindana çağırıb bildirdilər ki, get Səttarın xəstəlikdən öldüyünü anasına xəbər ver, məzar yeri götürün, sabah da gəlib meyiti təhvil alın.Qardaşımı evdən tutub aparanda o, sapsağlam idi. Hamı bilir ki, onun hətta başağrısı da yox idi. Lakin indi deyirlər ki, o, xəstə olduğu üçün ölüb. Ərimə də xəbərdarlıq ediblər ki, heç bir mediaya müsahibə verməyin, yoxsa atanızı yandırarıq.Bizə qardaşımın xəstəlikdən öldüyünü desələr də, Tehranın Evin zindanının 350-ci korpusunda saxlanan məhbuslar qardaşımın işgəncədən əzilmiş qanlı bədənini gördüklərini bildiriblər. Qardaşımı bir gecəliyə həmin məhbusların yanına salıbmışlar”.
//APA

OXŞAR XƏBƏRLƏR