Dünən Bakıda dəm qazından 6 nəfər zəhərlənib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, dəm qazından zəhərlənənlərin hamısı qadındır. Zəhərlənən şəxslərin bəzilərinin vəziyyəti normal, bəzilərinin vəziyyəti isə nisbətən ağırdır.