Bir günlük ümummilli tətil keçiriləcək

DÜNYA
08:30 18.10.2012
1765
Bu gün Yunanıstanda sərt qənaət tədbirlərinə qarşı ümummilli 24 saatlıq tətil keçiriləcək.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə,Yunanıstanın həmkarlar ittifaqları bildiriblər ki, ölkədə dövlət müəssisələri, banklar, mağazalar, universitetlər, məktəblər, məhkəmələr bağlı olacaq. Aviasiya dispetçerləri yerli vaxtla saat 10-dan 13-ə qədər tətil keçirəcəklər, ölkədə bərə və dəmir yolu ilə hərəkət tamamilə dayandırılacaq.Son bir ayda Yunanıstanda sayca bu ikinci ümummilli tətildir.Yunanıstan hökuməti Avropa İttifaqı və BVF-dən 31,5 milyard avro həcmində yeni krediti almaq üçün yeni qənaət və büdcənin məhdudlaşdırılması tədbirləri planlaşdırır.

OXŞAR XƏBƏRLƏR