Bir neçə gün öncə ölüm hadisəsi olan “pub”da yenə dava olub - RƏSMİ

SOSİAL
16:51 14.09.2021
616
Daxili İşlər Nazirliyi "Beerlin Pub”ın qarşısında baş verən insident və polisə müqavimətlə bağlı yayılan məsələyə münasibət bildirib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 2021-ci ilin sentyabrın 12-i, saat 23:40 radələrində Bakı şəhər sakini O.Tağızadə və qardaşı K.Tağızadənin Xətai rayonu, Xocalı prospekti 25-də yerləşən "Beerlin Pub”un qarşısında Bakı şəhər sakini R.Xammədovla aralarında mübahisə yaranıb:

"Mübahisə zamanı R.Xammədov O.Tağızadəni bir dəfə yumruqla üz nahiyəsinə vuraraq ona bədən xəsarəti yetirib. Tərəflər arasında baş verən insidentdən sonra ərazi üzrə Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Hər üç şəxs saxlanılaraq ərazi üzrə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparılıb və onların izahatları alınıb”.

A.Qafarov qeyd edib ki, hazırda baş verən xuliqanlıq faktı ilə bağlı zəruri təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl "Beerlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 25.09.2021

Konqres Əfqanıstana görə Baydenə qarşı impiçment tələb edir

23:30 24.09.2021

Dövlət Departamenti "Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etməyini qınayıb

23:12 24.09.2021

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb

22:46 24.09.2021

Azərbaycan və Türkiyə gəncləri İstanbulda Anım Gününü qeyd edəcək

22:29 24.09.2021

ABŞ-da üçüncü doz vaksinasiya çağırışı edilib

22:01 24.09.2021

Türkiyədə koronavirusa gündəlik yoluxma 27 mini ötdü

21:48 24.09.2021

Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”

21:37 24.09.2021

Səfir: “İranda özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır”

21:21 24.09.2021

Azad edilmiş ərazilərin bərpa və yenidənqurma mərhələsində Aİ-nin də iştirakı mümkündür

21:08 24.09.2021

Avropa İttifaqı BMT Baş Assambleyası üzvlərini pandemiya ilə mübarizəyə dair razılaşmanı dəstəkləməyə çağırıb

20:19 24.09.2021

Bakıda məktəb bufetlərinin açılmasına hazırlıq işləri görülür

19:57 24.09.2021

Əfqanıstanın yeni hökuməti Rusiyadan dəvət gözləyir

19:49 24.09.2021

Ermənistanda koronavirusa yoluxanların sayı 256 554-ə çatıb

19:32 24.09.2021

İcra katibi: "Azərbaycan MDB iqtisadi məkanında əhəmiyyətli yerə malikdir"

19:19 24.09.2021

“Qarabağ”ın oyununun hakimləri açıqlandı

19:06 24.09.2021

Daha 7 müəssisədə pozuntular aşkarlandı