Bir neçə rayon qazsız qaldı

Bir neçə rayon qazsız qaldı
Bütün Xəbərlər
13:13 11.06.2013
868

Xətai, Abşeron, Binəqədi, Xəzər, Tovuz, Qazax və Quba rayonlarının qaz təchizatında məhdudiyyətlər yaranıb.

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün 11 may tarixində saat 10:00-dan saat 18:00-dək “Xırdalan” Qazpaylayıcı Stansiyasından qidalanan “BMSK” orta təzyiqli qaz kəmərində, “Şimal-DRES” Qazpaylayıcı Stansiyasından qidalanan “Sahil” orta təzyiqli qaz kəmərində, “Sulutəpə-Çiçək” qaz ölçü qovşağında, “Qazax” Qazpaylayıcı Stansiyasından, “Quba” Qazpaylayıcı Stansiyasından qidalanan “Quba” ölçü qovşağında, “Ağköynək” və “Tovuz” Avtomatik Qazpaylayıcı Stansiyalarından, həmçinin Xətai rayonunun H.Aslanov qəsəbəsini, A.Qurbanov, S.Əhmədov, M.Davudov və M.Müşfiq küçələrini təbii qazla təmin edən qaz kəmərində qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Çiçək qəsəbəsinə, Xəzər rayonunun Mərdəkan, Şüvəlan qəsəbələrinə, Binəqədi, Qazax və Tovuz rayonlarının bir hissəsinə, Quba şəhərinə, Xətai rayonunun H.Aslanov qəsəbəsinə, A.Qurbanov, S.Əhmədov, M.Davudov və M.Müşfiq küçələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

OXŞAR XƏBƏRLƏR