"Bir qəbiristanlıq adam öldümüşəm" - Lənkəranskinin qisasını almağa söz verən mafioz

"Bir qəbiristanlıq adam öldümüşəm" - Lənkəranskinin qisasını almağa söz verən mafioz
SOSİAL
12:54 19.10.2016
12780

 

 
Rövşən Lənkəranskinin qisasını alacağına söz verən İtaliya mafiya başçısı Matteo Messina Denaronun kimliyinə aydınlıq gəlib. İnternet resurslarından əldə etdiyimiz məlumata görə "Dyabolik” ("İblis”) ləqəbli Messina Denaro 1962-ci ildə Siciliyada "Don Çiçço” ləqəbli mafioz Françeko Messinanın ailəsində anadan olub. Deyilənə görə, hələ uşaq vaxtı atası ona tapançadan atəş açmağı öyrədirmiş. Məktəbdə əla qiymətlərlə oxuyan Matteo ali təhsil ala bilmir. Çünki elə Rövşən Lənkəranski kimi, atasının düşmənini öldürür. Alkamodan olan mafiya başçısı Vinçentso Milatsonu qətlə yetirən Matteo, iki gün sonra onun sevgilisi Antonella Bonomonu da yatdığı yerdə boğur.

 
İtaliya xəfiyyəsi Matteonun indiyədək 60-dan çox insanı qətlə yetirdiyi qənaətindədir

 
Elə bu fikrin özü də Matteoya məxsusdur: ”İndiyəcən bir qəbiristanlıq Adam öldürmüşəm”.
 
Matteo Denaro 23 ildir ki, axtarışdadır. Onun yerini tapa bilmirlər, izinə düşsələr də, hər dəfə aradan çıxıb. Amma 2010-cu ildə neçə vaxtdan sonra polis onun izinə düşə bilir. Minə yaxın polisin iştirakıyla "Qolem-3” kod adı altında əməliyyat keçirilir. Amma polisin özündən əməliyyat barədə Matteoya xəbər verirlər. O, aradan çıxmağı bacarır.
 
Eyni hal keçən ilin avqustunda da yaşanır. Polis 11 mafiya başçısını saxlayır. Onlar Matteo Messina Denaro ilə bağlılıqda şübhəli bilinirlər. Sən demə, İtaliya polisi Siciliyanın cənub-qərbində yerləşən fermalardan birini izləyib. Burada Denaronun müraciətini cinayət aləminə çatdırmaq üçün mafiya başçıları toplaşıbmış.
Polis fermaya toplaşan mafiya başçılarını dinləyə bilmək üçün ən yüksək texnologiyadan istifadə edib. Amma yenə Matteonun harada olması barədə heç nə əldə edə bilməyib
 
Matteo heç vaxt ailəli olmayıb. Amma deyilənə görə, nikahdankənar bir oğlu var.
 
***
İtaliya maliyyə polisi bir qədər əvvəl qətlə yetirilmiş qanuni oğru Rövşən Lənkəranskinin bu ölkədəki əmlaklarıyla bağlı araşdırmaya başlayıb. Lent.az-ın "sputnik”ə istinadən məlumatına görə, polis Lənkəranskiyə aid iki otelin yerini müəyyənləşdirilib. İtaliyanın cənnət bölgələrindən sayılan Salerno yaxınlığındakı Pozitano qəsəbəsində yerləşən "Le Sirenuse” və "Hotel Covo dei Saraceni” otelləri Lənkəranski tərəfindən nəğd qiymətə alınıbmış. Qanuni oğru bu otellərə üst-üstə 101 milyon avro pul ödəyib.
 
Məlumata görə, "Covo dei Saraceni” oteli Lənkəranskinin kriminal aləmdəki müttəfiqi Şeyx Həmzət adyıla tanınan Xamzat Qastamirovun xanımının, ikinci oteli isə Rövşən yaxın qohumlarından birinin adına keçirib.
2014-cü ildə İtaliya azərbaycanlı kriminal avtoritet barəsində beynəlxalq axtarış elan edəndən sonra Lənkəranski adıgedən otellərdən başqa İtaliyada nəğd pulla aldığı restoranları və daha dörd koteci də Qastamirovun adına keçirməyə nail olub.
Xatırladaq ki, həmin vaxt Rövşən Lənkəranski mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinərək, İtaliya tərəfindən axtarışa verilmişdi.
Məlumata görə, adıgedən daşınmaz əmlak siyahısı bununla bitmir. Lənkəranskinin Berlində, Hamburq və Münhendə belə əmlakları var. Və onların idarəçiliyi də Qastamirov tərəfindən həyata keçirilir.
Bu həmin Qastamirovdur ki, bir qədər əvvəl elə həmin Berlində türk və çeçen kriminal dairələrini başına yığaraq Rövşən Lənkəranskinin qisasının alınacağını bildirmişdi. Başqa bir məlumata görə, Şeyx Həmzət qüvvələrini son illər Almaniyada yaşayan türk mafioz klanın lideri Bülənt Bafralı və cinayətkar aləmdə nüfuzlu olan Sedat Şahinlə birləşdirib. Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir. Tezliklə İtaliya mafiyasının boslarından sayılan Matteo Messina Denaro (ləqəbi "Dyabolik”) və Bernardo Provenzano da Şeyxə dəstək verəcəklərini bildiriblər.
///Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sahibə Qafarova: Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir
11:14 09.09.2025
Sahibə Qafarova: Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir
Sabiq nazir müavini işdən çıxarıldı: Yeni vəzifə verildi
11:13 09.09.2025
Sabiq nazir müavini işdən çıxarıldı: Yeni vəzifə verildi
Spiker: Prezidentin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir
11:11 09.09.2025
Spiker: Prezidentin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir
Rusiyada "An-2" təyyarəsi qəzaya uğrayıb, pilot ölüb
11:04 09.09.2025
Rusiyada "An-2" təyyarəsi qəzaya uğrayıb, pilot ölüb
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb
11:03 09.09.2025
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb
Gəncədə hava limanında 10 min manatlıq qızıl oğurlanıb
10:59 09.09.2025
Gəncədə hava limanında 10 min manatlıq qızıl oğurlanıb
Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
10:57 09.09.2025
Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Xalq artisti Sərdar Fərəcovun vəziyyəti açıqlanıb
10:53 09.09.2025
Xalq artisti Sərdar Fərəcovun vəziyyəti açıqlanıb
İran parlamenti qapalı toplantı keçirir
10:45 09.09.2025
İran parlamenti qapalı toplantı keçirir
Cici və Kendal birlikdə kamera qarşısına keçib - FOTOLAR
10:44 09.09.2025
Cici və Kendal birlikdə kamera qarşısına keçib - FOTOLAR
İlham Əliyev: "COP29-un uğurlu nəticələri "Bakı sıçrayışı" kimi tarixə düşüb"
10:38 09.09.2025
İlham Əliyev: "COP29-un uğurlu nəticələri "Bakı sıçrayışı" kimi tarixə düşüb"
Türk Dövlətləri Təşkilatının hökumət başçılarının ilk toplantısı keçiriləcək
10:35 09.09.2025
Türk Dövlətləri Təşkilatının hökumət başçılarının ilk toplantısı keçiriləcək
Hadise ana olmaq istəyir
10:34 09.09.2025
Hadise ana olmaq istəyir
Kolleclərə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat ba
10:31 09.09.2025
Kolleclərə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat ba
Azərbaycan Çinlə Orta Dəhlizin inkişafını müzakirə edib
10:29 09.09.2025
Azərbaycan Çinlə Orta Dəhlizin inkişafını müzakirə edib
"Sən özünü sevməsən, heç kəs səni sevməyəcək" - Xalq artisti
10:28 09.09.2025
"Sən özünü sevməsən, heç kəs səni sevməyəcək" - Xalq artisti