Bir qız bacısını niyə öldürsün? - Parapsixoloq cavab verir

Bir qız bacısını niyə öldürsün? - Parapsixoloq cavab verir
Bütün Xəbərlər
17:30 25.10.2014
6426
AZXEBER.COM ekstasent, parapsixoloq Lamiyə ilə müsahibəni təqdim  edir.
- Lamiyə xanım, son günlərin ən aktual məsələsi bacısının başına kəsən gəncdir. O ifadəsində bildirib ki, yuxuda ona vəhy gəlib o belə addım atıb. Həqiqətən ruh deyilən bir anlayış varmı?
- Tanrını dərk məsələsində olduğu kimi ruhun da tam anlama məsələsi müşküldür, insan təfəkkürünə sığmazdır. 
- O sərhədlərdən kənarda olan məfhumlar- təfəkkürə sığmaz məfhumlardır. Onlardan biri elə ruhdur. Ruh ilahi bir materialdır və hər bir insanda var. Təfəkkürümüzə təkan verən bizi hərəkətə gətirən daimi bir enerjidir. Qorxulu kabuslara daha çox qəddarlıqla öldürülən, edam olunan və intihar edənlərin ruhu çevrilir. Öz əcəli ilə ölməyən insan ölümqabağı və ya edam öncəsi qorxur, çox həyəcan keçirir. Emosional hissin təsiri ilə onun bədənindən özü boyda enerji çıxır və həmin an xarici amillər: temperatur, rütubət, təzyiq uyğun gələrsə, o enerji həmin formadaca elə həmin yerdə qalır, bir növ kinolentə həkk olunur və illər əsrlər keçdikcə müəyyən vaxtlarda o kabus görünür.
- Dünyada bu cür qəsrlər də mövcuddur. Bu haqda məlumat verərdiz...- Dünyada kabus və qarabasmaları ilə məşhur olan məkanlar, qədim qəsrlər çoxdur.Və hazırda Avropada belə qəsrlər, malikanələr bahalı otellərə çevrilib. İngiltərə, Şotlandiya, Fransa öz qarabasma və ruhları ilə fəxr edən məşhur ölkələrdir. Çox vaxt ruhlar hansısa bədbaxt hadisəni xəbər vermək üçün peyda olurlar. Əslində hər bir dünyasını dəyişmiş insanın ruhunun aramızda gəzməsi və kimlərinsə gözünə görünməsi mümkün deyil. Kabus, qarabasma elə anomal görüntüdür ki, hər dəqiqə, addımbaşı hər insanın qabağına çıxmır. Kabusa həyatları və ölümləri qeyri adi olan insanlar, günahsız qurbanlar,qatillər, intihar edənlər, gözlənilməz təbii fəlakət qurbanları, öldükdən sonra dəfn olunmayan insanların ruhu və ya energetik aurası çevrilə bilər. 
- Əslində, bir çox hallarda cinayətlər də ruhlarla əlaqələndirilir. Bu nə dərəcədə inandırıcıdır?
- Kriminal aləmdə çox faktlar olub ki, öldürülüb hardasa gizlədilən qurbanların yerini elə qatillər özləri açıblar. Qatillərin çoxusu öldürdükləri insanın ruhunu onu rahat buraxmadığını və onu polisə getməyə məcbur etdiyini etiraf ediblər. Belə faciəli şəkildə öldürülən insanların ruhları nə vaxtsa öz qatilindən qisasını alır və torpağa getməyənə qədər rahatlanmır.
p.s. Ekstrasens Lamiyənin əlaqə nömrəsi: 055-685-56-66
OXŞAR XƏBƏRLƏR