Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi yeni iddia ilə çıxış edib.
Bu gün Ermənistanın bəzi Kütləvi İnformasiya Vasitələri təxribat xarakterli məlumat yayıblar. Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bir qrup azərbaycanlı hərbçinin Tavuş vilayətindəki erməni mövqelərinə yaxınlaşdığını iddia edib. Ovannisyan erməni hərbçilərin atəş açdıqlarını bildirib. Qeyd edək ki, Ermənistan tərəfi mütəmadi olaraq bu və ya buna bənzər xarakterli təxribati məlumatlar yayaraq diqqəti atəşkəsi pozmaları məqamından yayındırmağa çalışır. Xatırladaq ki, elə bu gün Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin verdiyi məlumata görə, hadisə cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Şıxsəfiyev Fərhad Şıxvəli oğlu ayağından güllə yarası alıb. Hazırda yaralı əsgər hospitala yerləşdirilib. T. Abdullayevin verdiyi məlumata görə, əsgərin vəziyyətinin normaldır. Qeyd edək ki, Fərhad Şıxsəfiyev Bakının Suraxanı rayonundan həqiqi hərbi xidmətə çağırılıb. (ANSPRESS)