Baş Prokurorluqdan AZXEBER.COM-a verilən məlumata görə, Cavanşir Qurbanov 2005-2006-cı illərdə cəmiyyətin Şəki rayon “Aqroservis” filialının müdiri vəzifəsində işləyərkən filialın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək gübrə satışından əldə olunan 987 min manat məbləğində pulu mənimsəməyib
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ASC-yə 360 min manat məğləğində zərər vuraraq vəzifə saxtakarlığı törətməsində, habelə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vətəndaşa məxsus 5 min 400 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində cinayət işi açılıb.
Bundan başqa Rafim Qurbanov 2007-2014-cü illərdə həmin filialın müdiri vəzifəsində işləyərkən filialın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək gübrə və kənd təsərrüfatı texnikasının satışından əldə olunan 5 milyon 363 min manat məbləğində pulu mənimsəyib, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmə və rəsmi sənədləri məhv etməklə cəmiyyətə 2 milyon 84 min manat məbləğində zərər vuraraq vəzifə saxtakarlığı törədib.
Ona Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü və 326.1 (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələrində, anbardar Mehman Rəcəbova isə Cinayət Məcəlləsinin 179.3.2 maddəsində nəzərdə tutulan ittiham elan edilib.
İstintaq zamanı vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.