Bir şəhidin anası, min qəhrəmanın doğması

Bir şəhidin anası, min qəhrəmanın doğması
SOSİAL
10:51 24.09.2026
119
44 günlük Vətən müharibəsi xalqımıza böyük Zəfər yaşatdı. Həmin günlərdə xalqımızın birliyi, həmrəyliyi və xalq-ordu birliyi bir daha bütün dünyaya nümayiş etdirildi. Bu şanlı Zəfərdən sonra biz qəhrəman oğullarımızı, şəhidlərimizi, qazilərimizi, eləcə də onların əziz ailələrini, şəhid analarını və atalarını daha yaxından tanıdıq.

Bu gün mənim üçün çox əziz, doğma və dəyərli olan, öz övladı ilə yanaşı, bütün şəhidlərimizin adını uca tutan, oğlunun ona bəxş etdiyi "Şəhid anası” adını qürurla daşıyan Gülşad anamızın doğum günüdür.

Gülşad Rüstəmli anamız haqqında o qədər gözəl sözlər söyləmək olar ki, heç bir sətir, heç bir səhifə onun böyük və mərhəmətli qəlbini ifadə etməyə kifayət etməz. Çünki o, yalnız öz oğlunun deyil, bütün şəhidlərimizin anası kimi onların əziz xatirəsini yaşadır, adlarını daim uca tutur.

Əziz Gülşad anam, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm! Sizin timsalınızda bütün şəhid analarımıza möhkəm can sağlığı, uzun ömür, könül rahatlığı və sonsuz sevinc arzulayıram. Sizin kimi anaların qəlbində yaşatdığı şəhid sevgisi, Vətən məhəbbəti və fədakarlıq hər birimiz üçün əsl örnəkdir.

Şəhidlərimiz bu müqəddəs Vətən uğrunda canlarını fəda ediblər. Bizim borcumuz isə onların əziz xatirəsinə, ailələrinə, analarına və atalarına hər zaman böyük hörmət və ehtiram göstərməkdir. Bu, həm insanlıq, həm də vətəndaşlıq borcumuzdur.

Hər dəfə Qarabağa səfər edəndə qəlbimizdə həm böyük qürur, həm də dərin bir kədər yaşayırıq. Çünki bu torpaqların azadlığı şəhidlərimizin canı, qazilərimizin qanı bahasına başa gəlib. Bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımız onların fədakarlığının, qəhrəmanlığının və Vətən sevgisinin ən böyük təcəssümüdür.

Əziz Gülşad anam, Allah Sizə uzun ömür, möhkəm can sağlığı və ürəyinizə rahatlıq bəxş etsin. Allah Emin qardaşımızın timsalında bütün şəhidlərimizə rəhmət eləsin, məkanlarını cənnət etsin!

Yüz yaşayın, sayılıb-seçilən, dəyərli və əziz anamız! Doğum gününüz mübarək olsun! 

Ramil Əliyev 

"İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri
OXŞAR XƏBƏRLƏR