"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi

"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi
SOSİAL
15:31 02.06.2025
662
Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların  cəmiyyətə mesaj verdiyi, onların fikir və  duyğularına, arzu və xəyallarına, potensial və haqlarına səhnə ayrıldığı "Bir səhnə, min rəng, bir gələcək” – Uşaqların Səsi Forumu keçirilib.

Forum Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, "Unibank"ın maliyyə, ARB Televiziyası və "Qaynarinfo"nun media dəstəyi ilə LİBRAFF Park Akademiyada baş tutub. 

"Uşaqların Səsi Forumu”nun məqsədi cəmiyyətin diqqətini uşaqların ehtiyaclarına, hüquqlarına və duyğularına yönəltmək, eyni zamanda onların səsini duyurmaq idi.

Mərasim  Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbin 4L sinfinin Azərbaycanın Dövlət Himnini səsləndirməsi ilə başlayıb. 

Forumun aparıcıları – Yavru Rəhimli və Feyruz Abbaslının duyğusal açılış nitqi  tədbirin məqsədini dəqiq ifadə edib:

"Biz bu gün burada yalnız öz adımız üçün deyilik, bütün uşaqların səsi olmaq üçün buradayıq. Biz istəyirik ki, bizi eşitsinlər, bizi görsünlər və bizi qəbul etsinlər!”

Daha sonra günün qəhrəmanları olan xüsusi uşaqlar ard-arda səhnəyə çıxaraq öz hisslərini, düşüncələrini, cəmiyyətə baxışlarını səmimi şəkildə bölüşüblər. 
Onlar çıxışlarında "Mən balacayam, amma bir vətəndaşam, hüquqlarım var", "Biz uşaqlar birlikdə güclüyük və hər birimiz o gücün bir parçasıyıq", "Harda və hansı statusda olsam da, istəyirəm ki, orada yaxşılıq yayılsın", "Mən fərqliyəm və fərqliliyimlə gözələm, güclüyəm", "Mən fərqliyəm - çünki içimdə böyük sevgi var", "Mən olduğum kimi yaxşı və xoşbəxtəm, məni belə qəbul edin və duyun", "İnsanları sevindirməyi, qucaqlamağı sevirəm", "İstəyirəm ki, bütün böyüklər bizim qəlbimizin səsini eşitsinlər", "Mənə "sən balacasan, sus" deyilməsin, mənim də ürəyim, səsim, sözüm, fikrim var", "Bizi eşidin və anlayın", "Bizim oynamaq, təhsil almaq, fikirlərimizi söyləmək hüququmuz var", "Valideynlərimiz bizə təhsil verməklə barabər, sevməyi, mərhəmətli və ədalətli olmağı öyrətsinlər", "Uşaqları qorumaq - gələcəyi qorumaqdır" kimi mühüm və dəyərli mesajlar ötürüblər. Bu çıxışlar təkcə duyğulara deyil, vicdanlara da toxunub. 
Səhnədə hər çıxış bir həyat hekayəsi, hər baxış bir ümid olub.

Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqları, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdlərinin çıxışları böyük maraq və alqışla qarşılanıb. 

Forumun əsas məqamlarından olan uşaqların fərqli formalarda təqdimatları  fərqliliyin gözəllik, çətinliyin isə güc qaynağı olduğunu bir daha xatırladıb.

Tədbirdə iştirak edən millət vəkilləri Ceyhun Məmmədov, Elçin Mirzəbəyli, Elnarə Akimova, "Unibank"ın mətbuat katibi Sülhiyyə Şirinova, şəhid Nurlan Həsənovun anası Həqiqət Həsənova forumun ruhuna uyğun çıxışlarla uşaqlara dəstək olub, onların səsinin eşidilməsinin zəruriliyini vurğulayıblar. Sevilən müğənni Vüsal Hacıyev isə öz mahnıları ilə xüsusi bədii dəyər qatıb. 

Sonda forumun ideya müəllifi və tədbirin təşkilatçısı, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai səhnəyə gələrək, bütün uşaqlar  əllərindəki şarları göyə buraxması üçün çağırış edib və bildirib:

"Bu şarlar balalarımızın arzularıdır. Onlar göyə qalxsa da, ürəklərdə qalacaq və həyata keçməsi üçün cəmiyyət olaraq çalışacağıq.”

Sevinc Fədai forumu bu fikir və sualla başa çatdırıb: 

"Bu gün bu səhnədə danışan hər bir uşaq gələcəyin aydınlığı idi. Bu forum bir daha göstərdi ki, uşaqlar danışmağı bacarır – yetər ki, onları dinləyək. İndi siz gedəndə bir sual aparın: ‘Uşaqlar danışanda mən onları həqiqətən eşidirəmmi?’”

Auditoriyadan gələn təsdiq və alqış sədaları forumun məqsədinə çatdığını göstəririb.

Mərasimin sonunda uşaqlara təşəkkürnamələr və forumun tərəfdaşları olan "Save Max", "ETİ", "Iceland" və "ƏSRİK"in hədiyyələri təqdim edilib, "Foto Xalça"nın bəzədiyi səhnədə xatirə fotoları çəkdirilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:40 30.10.2026
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqləndi
17:28 30.10.2026
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqləndi
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
17:18 30.10.2026
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
17:00 30.10.2026
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
16:33 30.10.2026
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
Prezident onları təltif etdi - Adlar
16:17 30.10.2026
Prezident onları təltif etdi - Adlar
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
16:06 30.10.2026
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
16:03 30.10.2026
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı