Bir zamanların ulduz futbolçusu ikinci liqa klubuna transfer olundu

Bir zamanların ulduz futbolçusu ikinci liqa klubuna transfer olundu
İDMAN
16:20 28.08.2026
234
İtaliya A Seriyası təmsilçisi "Komo”da gözləntiləri doğrulda bilməyən İspaniya millisinin ulduz futbolçusu Alvaro Morata karyerasını İspaniya 2-ci Liqasında davam etdirəcək.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu 2026/27 mövsümündə "Leqanes”in formasını geyinəcək. Tərəflər arasında icarə transferi ilə bağlı razılıq əldə olunub.
 
Qeyd edək ki, Morata ötən mövsüm "Milan”dan icarə əsasında Komo”ya keçib və keçirdiyi 30 rəsmi oyunda cəmi 1 qol vurub.
OXŞAR XƏBƏRLƏR