Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi

Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
MAQAZİN
19:28 25.09.2026
143
Türkiyəli aktrisa Biran Damla Yılmaz haqqında Almaniyada 6 ay müddətinə həbs cəzası verilib.

Türkiyə mediası xəbər verir ki, aktrisanın botoks, dolğu və lazer prosedurlarından yaranan borcu 285 min avroya çatıb. İddialara əsasən, Yılmazın keçmiş sevgilisi Abdurrahman Aydın sözügedən prosedurlar üçün zamin göstərilib.

Ödənişlərin həyata keçirilməməsindən sonra icra prosesi başladılıb. Borcun böyük hissəsinin Aydından tutulduğu, onun isə sənədləri Hamburq Türk Konsulluğuna təqdim etməsindən sonra məsələ məhkəməlik olub.

Qeyd edək ki, Biran hazırda "Halef: Köklerin Çağrısı" serialında "Yıldız" obrazını canlandırır.
 
///axşam.az///
OXŞAR XƏBƏRLƏR