Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası

Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İQTİSADİYYAT
11:54 05.11.2026
59

Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini daha əlçatan və sərfəli edən kampaniyaya start verib. 29 oktyabr – 30 noyabr 2026-cı il tarixlərində Birbank Biznes tətbiqi vasitəsilə krediti başdan-başa onlayn rəsmiləşdirən müştərilər 5%-dək endirim əldə edirlər.

Kredit müraciətinin rəsmiləşdirilməsi tam onlayn şəkildə həyata keçirilir. Bunun üçün zamin, girov, biznesə baxış və əlavə sənədlər tələb olunmur. Beləliklə, sahibkarlar əlavə prosedurlara vaxt sərf etmədən maliyyə vəsaiti əldə edə bilirlər.

Mikro biznes krediti sahibkarlıq və ya peşə fəaliyyəti ilə məşğul olan, VÖEN sahibi olan fiziki şəxslər üçün nəzərdə tutulub. Ticarət, istehsal, xidmət, gözəllik, kənd təsərrüfatı və digər sahələrdə çalışan sahibkarlar 500 manatdan 50 000 manatadək kredit məbləğini Birbank Biznes tətbiqi vasitəsilə tam rəqəmsal formada əldə edə bilərlər.

Birbank Biznes-in təqdim etdiyi rəqəmsal həll müraciətlərin qısa müddətdə dəyərləndirilməsinə imkan verir. Bununla da sahibkarlar bizneslərini inkişaf etdirmək üçün lazım olan maliyyəyə daha operativ və rahat şəkildə çıxış əldə edirlər.

Kampaniya haqqında ətraflı məlumat: www.b-b.az/ocre 

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. 

OXŞAR XƏBƏRLƏR