MKA: “Android TV box” cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər

MKA: “Android TV box” cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər
SOSİAL
11:09 05.11.2026
384
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) Azərbaycanda satılan bəzi "Android TV box” cihazlarında "BADBOX 2.0” botnet kampaniyasına aid zərərli komponentlərin aşkarlanması barədə xəbərdarlıq edir.

Milli Kibertəhlükəsizlik Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, cari ilin oktyabr ayında bir sıra dövlət qurumlarının internet resurslarına qarşı DDoS hücumları qeydə alınıb: "Hücum traffikinin bir hissəsi Azərbaycan seqmentinə aid IP ünvanlarından daxil olub, bu ünvanların bir qismi isə "Android TV box” cihazlarının istifadə edildiyi bağlantılarla əlaqəli çıxıb.

Agentliyin araşdırması göstərib ki, hücumlarla əlaqələndirilən modeldəki cihazın proqram təminatında uzaqdan idarəetməyə imkan verən bir neçə zərərli komponent var. Cihazlar bu komponentlərlə hələ istehsal və ya paylama mərhələsində yoluxdurulur.

Yoluxmuş cihaz sahibinin xəbəri olmadan kibercinayətkarların nəzarətinə keçir. Onun internet bağlantısı DDoS və digər hücumlarda istifadə oluna bilər, bu zaman hücum mənbəyi kimi adi ev istifadəçilərinin IP ünvanları görünə bilər. Zərərli kod cihazın proqram təminatının içərisində olduqda ilkin parametrlərinə qaytarılması da problemi həll etməyə bilər,"- qurumun məlumatında qeyd olunub.

Bununla əlaqədar, MKA vətəndaşlara və təşkilatlara aşağıdakı tədbirlərin görülməsini tövsiyə edir:

- Mənşəyi məlum olmayan və etibarlı istehsalçı tərəfindən dəstəklənməyən Android cihazlarını ("TV box”-lar, proyektorlar və s.) almamaq və istifadə etməmək;

- Tətbiqləri yalnız rəsmi və etibarlı mənbələrdən yükləmək;

- Şübhəli cihazları internetdən ayırmaq və təhlükəsizliyi təmin edilənədək istifadə etməmək;

- Təşkilatlarda bu növ cihazların şəbəkəyə qoşulmasını məhdudlaşdırmaq, belə cihazları əsas şəbəkədən ayırmaq və onların şübhəli xarici serverlərlə əlaqələrini izləmək;

- Şübhəli fəaliyyət və yoluxma halları barədə Milli CERT-ə məlumat vermək.

Təhlil nəticəsində müəyyən edilmiş indikatorlar Agentliyin misp.cert.az– İnsident Məlumatlarının Mübadiləsi Platformasına əlavə edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var - VİDEO
00:03 13.11.2026
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var - VİDEO
Yolda iri çuxura düşən avtomobilə ciddi ziyan dəyib - VİDEO
23:56 12.11.2026
Yolda iri çuxura düşən avtomobilə ciddi ziyan dəyib - VİDEO
Azərbaycan və Britaniya universitetləri arasında yeni tərəfdaşlıqlar qurulacaq
23:53 12.11.2026
Azərbaycan və Britaniya universitetləri arasında yeni tərəfdaşlıqlar qurulacaq
Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələri genişləndiriləcək
23:43 12.11.2026
Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələri genişləndiriləcək
Skaloni Argentina yığması ilə bağlı qərarını verdi
23:39 12.11.2026
Skaloni Argentina yığması ilə bağlı qərarını verdi
Bakı və London müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, təhdidlərə cavab verəcəklər
23:22 12.11.2026
Bakı və London müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, təhdidlərə cavab verəcəklər
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
23:13 12.11.2026
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
23:04 12.11.2026
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
22:55 12.11.2026
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
Ceyhun Bayramovla Ararat Mirzoyan ayaqüstü söhbət etdilər - Video
22:39 12.11.2026
Ceyhun Bayramovla Ararat Mirzoyan ayaqüstü söhbət etdilər - Video
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
22:36 12.11.2026
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
22:21 12.11.2026
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
22:10 12.11.2026
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat
22:07 12.11.2026
Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat
Kavelaşvili Gürcüstanın regional əməkdaşlıq tərəfdaşları sırasında Azərbaycanın əhəmiyyətini qeyd edib
21:55 12.11.2026
Kavelaşvili Gürcüstanın regional əməkdaşlıq tərəfdaşları sırasında Azərbaycanın əhəmiyyətini qeyd edib
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb
21:38 12.11.2026
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb