Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində evdə "Neftçi”nin 2:0 məğlub edən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
Təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb:
- Futbolçularımı təbrik edirəm. Sevindiricidir ki, uzun fasilədən sonra da formasını itirməyiblər. İstəkli idilər.
- "Sevilya” ilə oyun öncəsi komandanızdan nə dərəcədə razı qaldınız?
- Vaxt keçdikcə, futbolçularımız bir qədər ritmdən düşürdülər. "Neftçi” bunu bağışlasa da, ispanlar bağışlamayacaq. Top itkisinə o futbolçular yol verirdilər ki, buna yol verməməlidilər. Düzdü, "Neftçi” də pis pressinq etmirdi.
- Beqoviçin durumundan razısınızmı?
- Bu gün yaxşı idi. Ancaq 3-4 aydı oyun praktikasından məhrum olub. Hər bir halda belə oyunlarda bizə fayda verəcək.
- Çempionatda ən xoş sözlərə layiq İsmayıl İbrahimlinin Avropa Liqasında debüt etmə şansları nə dərəcədədi?
- İndidən proqnoz vermək çətindi. Ancaq birdən-birə belə oyunlara atmaq onu "yandıra” bilər.
- Ayltonun aqressiyası nə ilə bağlı idi?
- Bu, məni də narahat edir. Bu aqressiya komandaya da, özünə də mane ola bilər.
///Qafqazinfo