Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu

MARAQLI
14:02 28.07.2026
232
Son illər smartfonlardan istifadənin genişlənməsi ilə mobil tətbiqlər insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.

AZXEBER.COM mobil tətbiqlərin reytinq göstəricilərinə istinadən xəbər verir ki, 2026-cı il üzrə Azərbaycanda Google Play platformasında ən populyar və ən çox gəlir gətirən tətbiqlərin siyahısı açıqlanıb.

"Ən yaxşı pulsuz tətbiqlər” kateqoriyasında ilk pillədə dövlət xidmətlərini rəqəmsal formada təqdim edən "mygov” qərarlaşıb. Siyahının ikinci sırasında dünyada geniş istifadə olunan "WhatsApp Messenger”, üçüncü pilləsində isə qısa videolar platforması "TikTok” yer alıb.

Reytinqdə daha sonra "SİMA” və "ChatGPT” tətbiqləri qərarlaşıb. Siyahı göstərir ki, Azərbaycanda istifadəçilərin maraqları yalnız sosial şəbəkələrlə
məhdudlaşmır. Dövlət xidmətlərinə çıxış, süni intellekt alətləri və gündəlik işləri asanlaşdıran rəqəmsal həllər də geniş istifadə olunur.
 
Bununla yanaşı, tətbiqlərin gəlir göstəriciləri də diqqət çəkir. 2026-cı ilin "Ən çox gəlir əldə edən tətbiqlər” siyahısında ilk sırada "TikTok” qərarlaşıb.
 
Gəlir reytinqində ikinci yeri "Google One”, üçüncü yeri isə "Azar” tutub. İlk beşliyə "TopTop” və "eFootball™” da daxil olub.
 
Siyahıda diqqət çəkən məqamlardan biri də son dövrlərdə Azərbaycanda populyarlığı ilə seçilən "SUGO” tətbiqinin yer almasıdır. Belə ki, tətbiq ən çox gəlir gətirən mobil tətbiqlər arasında 6-cı pillədə qərarlaşıb.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
14:35 28.07.2026
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
14:31 28.07.2026
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
14:18 28.07.2026
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
14:12 28.07.2026
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
14:10 28.07.2026
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:08 28.07.2026