“Biri zəng edib ““Bəyin oğurlanması” filmi 5 dənə “Şöhrət” ordeninə layiqdir deyir” - MÜSAHİBƏ

MARAQLI
22:26 02.09.2011
2350

Sentyabrın 1-də prezident İlham Əliyev xalq artisti Yaşar Nurinin «Şöhrət» ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb. Yaşar Nuri bu ordenə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb. AZXEBER.COM xəbər verir ki, sentyabrın 3-də 60 yaşını qeyd edən sənətkar AzadlıqRadiosunun bir neçə sualını cavablandırıb: - Yaşar müəllim, dünən «Şöhrət» ordeni ilə təltif olunmağınız, sabah isə 60 yaşınızın tamam olacağı münasibətilə Sizi təbrik edirik. 60-da vəziyyət necədir ? - «Necə görmüşsə Nuh, eyləcədir»... - Yəni, yaxşıdır... - Day Sabir yazıb da, mən yazmamışam ki... - Sabir sonra nə deyir? - Sonra deyir ki: «Əfsus qocaldım, ağacım düşdü əlimdən, Səd heyf cavanlıq! Zəf eylədi aciz məni, qaldım əməlimdən, Çəkdim nə ziyanlıq!» - Hər halda Siz Sabirin yazdığı halətdə deyilsiz. Qarşıda hansı işləriniz var? - Teatrda iki pyes var. Onları məşq edəcəm. Adlarını deməyəcəm amma. Düşər-düşməsi olur. Bir də Vaqif Mustafayevin filmində çəkilməyə başlayacam. - Yaşar müəllim, Azərbaycanda Siz məşhursunuz, ya «Şöhrət» ordeni ? - Nə bilim vallah. Bir dəfə ««Şöhrət» ordeni olmayan şöhrətli aktyor» adlı məqalə yazmışdılar. Mən onu çap etdirməyə qoymadım. Hər halda «Şöhrət» ordeni gəzdirən adam gərək bir az şöhrətli olsun da. Yəni yaraşsın da ona. Yoxsa çıxanda görürsən bunu heç kim tanımır, amma yaxasına «Şöhrət» ordeni taxıb, bu, bir az.... - Bu gün Sizi «Şöhrət» ordeninə görə təbrik edirlər, sabahsa doğum günü münasibətilə təbrik edəcəklər. Hansı daha maraqlıdır ? - İkisi də maraqlıdır. Amma bu saat ən maraqlı elə mən özüməm. Gedirəm, baxıram, görürəm elə həmin adamam. Bir dəyişiklik yoxdur. Məsuliyyət var. İstəyirəm tez durub gedib təzə bir rol oynayım. Nə bilim, təzədən mənə bir həvəs, güc gəldi. Qılçalarımda bir az ağrılar var, elə bil hamısı yaddan çıxdı. Sanki bu saat durub qaçacağam. Ona görə yox ki, mən bu ordeni almışam. Ona görə ki, gələn nəsil bu barədə eşidəndə, heç olmasa biləcək ki, Yaşar Nuriyə ordeni nəyə görə veriblər. Bilirsiniz, mən gələcək üçün yaşayan adam olmuşam. Yəni gələn nəsil deməsin ki, bunun nəyinə «xalq artisti» adı veriblər, kimdir axı bu? Mən xalqın tanıdığı və sevdiyi xalq artistiyəm. - Ordenə, medala münasibətiniz necədir? - Sovet dövrünün öz orden və medalları var idi. Xoşbəxtəm ki, müstəqil Azərbaycanın ordenini almışam. Münasibətim necə olacaq, hər halda pis şey deyil. Töhmət deyil, tənqid deyil. Tənqiddən qorxan deyiləm əlbəttə. Amma işinə qiymət verilirsə, biri zəng edib ««Bəyin oğurlanması» filmi 5 dənə «Şöhrət» ordeninə layiqdir» deyirsə, mən nə deyim?.. - Bundan sonra hansı mükafatı almaq istərdiniz? - Can sağlığı. Satırlarsa....

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu