Birləşmiş Ərəb Əmirliklərinə qar yağıb.
AZXEBER.COM Ölkə.Az-a istinadən xəbər verir ki, Orta Şərqin ən isti ölkələrindən olan BƏƏ-də şiddətli yağışlardan sonra yağan qar çaşqınlığa səbəb olub.
Ağ örtüyə bürünən səhrada dəvələrin hərəkəti maraqlı görüntülərə səbəb olub. Bir çox ərəb qarı görmək üçün səhraya axışıb.



