“Birlik” Uşaq Musiqi və Rəqs Festivalına start verilir!

“Birlik” Uşaq Musiqi və Rəqs Festivalına start verilir!
SOSİAL
15:18 06.03.2026
366
Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi "Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Azərbaycan Uşaq Fondu tərəfindən yallı rəqsi üzrə "BİRLİK” layihəsinə başlanılır.

AZXEBER.COM xəbər verir ki, layihənin məqsədi Bakı şəhəri və regionlar üzrə ümumi təhsil müəssisələrində musiqi və rəqs sahəsində istedadlı şagirdlərin üzə çıxarılması, onların bu istiqamətdə bacarıqlarının inkişaf etdirilməsi və milli-mənəvi dəyərlərimizin təbliğidir.

Layihə çərçivəsində 

📍 10-18 mart tarixlərində seçim mərhələsi keçiriləcək.
📍 Aprel ayından etibarən yallı rəqsi üzrə hazırlıq məşqləri təşkil olunacaq.
📍 Final mərhələsi may ayının sonu – iyun ayının əvvəlində baş tutacaq.

Nəzərinizə çatdırırıq ki, Bakı şəhərində hər bir rayon üzrə mərkəz kimi təyin edilmiş məktəblərdə yuxarıda qeyd edilmiş tarixlərdə saat 15:00-da seçim turları təşkil olunacaq. Şagirdlər aidiyyəti rayon üzrə mərkəzə yaxınlaşıb seçim turunda iştirak edə bilərlər. 

Regionlardan qoşulmaq istəyən komandalar elektron poçt vasitəsilə müraciət edə bilərlər: [email protected]

Seçim mərhələsində qalib olmuş şagirdlər üçün peşəkar yallı məşğələləri təşkil olunacaq. Layihənin yekununda böyük qala konsertinin təşkili planlaşdırılır. 

Bakı şəhərində seçim turu keçiriləcək mərkəz məktəblər aşağıdakılardır: 

* Nəsimi rayonu – 9 nömrəli tam orta ümumtəhsil məktəbi – 10 mart 
* Xəzər rayonu – 149 nömrəli tam orta ümumtəhsil məktəbi – 11 mart 
* Suraxanı rayonu – 318 nömrəli tam orta ümumtəhsil məktəbi – 12 mart 
* Nərimanov rayonu – 202 nömrəli tam orta ümumtəhsil məktəbi – 13 mart
* Xətai rayonu – 56 nömrəli tam orta ümumtəhsil məktəbi – 16 mart
* Qaradağ rayonu – 228 nömrəli tam orta ümumtəhsil məktəbi – 16 mart 
* Pirallahı rayonu – 168 nömrəli tam orta ümumtəhsil məktəbi – 17 mart
* Sabunçu rayonu – 252 nömrəli məktəb-lisey – 17 mart
* Binəqədi rayonu – 83 nömrəli məktəb-lisey – 18 mart

Bu festival sadəcə bir layihə deyil 
✨ Bir dairə
✨ Bir ritm
✨ Bir gələcəkdir. 

İstedadlı şagirdlərimizi böyük səhnəyə aparan yol başlayır 💫

Əlavə məlumat üçün: 

📞+994 55 428 08 85 (WhatsApp)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
22:16 06.03.2026
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
22:14 06.03.2026
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
22:00 06.03.2026
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
21:48 06.03.2026
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
21:46 06.03.2026
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
ABŞ İranın Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyir - Səfirlik
21:34 06.03.2026
ABŞ İranın Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyir - Səfirlik
Bayram və istirahət günlərinin hava proqnozu açıqlandı
21:24 06.03.2026
Bayram və istirahət günlərinin hava proqnozu açıqlandı
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərdi
21:19 06.03.2026
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərdi
Leyla Əliyeva “Yalnız mədəniyyət” adlı musiqili tamaşanı izlədi - FOTOLAR
21:07 06.03.2026
Leyla Əliyeva “Yalnız mədəniyyət” adlı musiqili tamaşanı izlədi - FOTOLAR
Aşıq Ədalət NURAN-ı özünə tələbə götürmək istəyir - VİDEO
20:52 06.03.2026
Aşıq Ədalət NURAN-ı özünə tələbə götürmək istəyir - VİDEO
Antonio Tayani İtaliya vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın dəstəyini yüksək qiymətləndirib
20:48 06.03.2026
Antonio Tayani İtaliya vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın dəstəyini yüksək qiymətləndirib
İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub
20:46 06.03.2026
İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
20:43 06.03.2026
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı