Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
SOSİAL
17:23 17.03.2026
592
Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyi tərəfindən Bişkek şəhərində yerləşən "Hyatt Regency” mehmanxanasında Novruz və Ramazan bayramlarına həsr edilmiş tədbir keçirilib.
 
AZXEBER.COM xəbrər verir ki, bayram tədbirində Qırğız Respublikasının xarici işlər nazirinin müavini Meder Abakirov, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Türkmənistanın, Macarıstanın, Türkiyənin və Pakistanın səfirləri, Ağa Xan Fondunun Bişkekdəki nümayəndəsi, Qırğızıstanın ictimai və dövlət xadimləri, elm və mədəniyyət nümayəndələri, Azərbaycan diasporunun üzvləri və beynəlxalq təşkilatların Qırğızıstandakı təmsilçiləri iştirak etmişlər.

Tədbirdə giriş sözü ilə çıxış edən səfir Lətif Qəndilov Novruz bayramının Azərbaycanın, türk dünyasının, eləcə də bir çox Şərq xalqlarının qədim və mühüm bayramlarından biri olduğunu vurğulamış, bu il Novruz bayramı ilə Ramazan bayramının eyni dövrə təsadüf etdiyini qeyd etmişdir. Səfir bu bayramların sülh və xeyirxahlıq rəmzi olduğunu, sevinc və məhəbbət aşılayan dəyərləri özündə birləşdirdiyini bildirərək tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik etmişdir. Səfir, həmçinin, Ramazan və Novruz bayramlarının insanlar arasında dostluğun və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət etdiyini qeyd etmiş və tədbirin bütün türk dövlətləri adından keçirildiyini bildirmişdir.

Qırğız Respublikasının xarici işlər nazirinin müavini Meder Abakirov çıxışında qardaş Azərbaycan və qırğız xalqları arasında münasibətlərin ortaq tarixi və mədəni dəyərlərə, qarşılıqlı hörmət və dəstəyə əsaslandığını vurğulamışdır. O, iki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyini, strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını qeyd etmişdir. M. Abakirov siyasi dialoqun genişləndiyini bildirərək digər sahələrdə əməkdaşlığın da ikitərəfli münasibətlərin güclənməsinə töhfə verəcəyini diqqətə çatdırmışdır.

Qırğızıstandakı diplomatik korpusun duayeni, Tacikistanın bu ölkədəki səfiri Nazirmad Alizoda çıxış edərək Novruz bayramının dünyanın ən qədim bayramlarından biri olduğunu, UNESCO tərəfindən beynəlxalq status aldığını və müxtəlif millət və dinlərdən olan insanları bir araya gətirdiyini qeyd etmişdir.

Tədbirdə qonaqlara Azərbaycan mətbəxinin seçilmiş nümunələri, milli yeməklər təqdim olunmuşdur.

Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda istehsal olunan "İstisu” mineral suyunun təqdimatı keçirilmişdir. Səfir qonaqlara "İstisu” mineral suyu haqqında məlumat verərək bu məhsulun artıq Qırğızıstan bazarına daxil olduğunu bildirmiş, 30 illik işğaldan sonra Kəlbəcərdə istehsalın yenidən bərpa edildiyini vurğulamışdır.

Tədbirdə Novruz bayramına həsr olunmuş, Azərbaycanın və iştirakçı ölkələrin milli musiqi və rəqslərini əks etdirən videoçarxlar nümayiş etdirilmişdir.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq