'Biz Azərbaycanın ən böyük media şirkətlərindən biriyik və özümüzə də yalnız böyük media qruplarını rəqib hesab edirik' - AÇIQLAMA

MEDİA
13:30 21.12.2012
1188
 “APA Holding” saytlara edilən haker hücumlarına görə üzləşdiyi ittihamlarla bağlı açıqlama yayıb. AZXEBER.COM həmin açıqlamanı təqdim edir: "Bir neçə gündür ki, bəzi media orqanları və sosial şəbəkələrdə “APA Holding”in işgüzar nüfuzuna ziyan vuracaq iddialar səsləndirilir.Saytlara edilən haker hücumlarının “APA Holding” tərəfindən təşkil edilməsi ilə bağlı heç bir etik çərçivəyə sığmayan, dedi-qodu səviyyəsindən o yana keçməyən iddiaları yazan “media orqanlar”ı tamamilə şər və böhtana əsaslanan yazılarında şirkətin mövqeyini öyrənmək kimi adi peşə qaydasına belə əməl etməyiblər. Qeyri-peşəkar davranışa yol verən media orqanlarının xüsusən haker hücumlarına məruz qalan saytların rəhbərlərinin heç bir açıqlamalarında baş verənlərə görə “APA Holding”i ittiham etmədiyi halda bunu etməsi təəssüf doğurur və qərəzdən xəbər verir. “APA Holding” ünvanına səslənən bu iddiaların tamamilə şər və böhtan olduğunu bildirir, müvafiq dövlət qurumlarını saytlara olan son hücumlarla bağlı araşdırma aparmağa və nəticələri açıqlamağa çağırır.Bununla belə, qeyd edirik ki, “APA Holding”ə daxil olan saytlara az qala hər gün haker hücumları edilir. Sadəcə, şirkətin peşəkar proqramçılardan ibarət komandası bu hücumların qarşısını alır və hər dəfə bu hücumlar xüsusi aksiyaya çevrilmir. Çünki dünyada olan bütün ciddi internet media şirkətləri bu cür hücumlarla üzləşirlər. Əgər hücumlar total xarakter daşımırsa, bunun qarşısını ala bilmək bacarığında olmamaq şirkətin nüfuzuna ciddi ziyan vurur.Son iddiaları səsləndirənlərin “məntiqi” ilə düşünsək, o zaman “APA Holding”ə daxil olan saytlara da edilən hücumların qarşı tərəfdən sifariş edildiyi iddia olunmalıdır? Bu cür iddialar çox məntiqsiz, absurd və gülüş doğurandır. Belə iddialarla çıxış etmək yalnız informasiya texnologiyaları ilə bağlı sadə biliklərə belə malik olmamağın göstəricisi hesab oluna bilər. Çünki haker hücumu güman, şübhə, iddia ilə deyil, riyazi olaraq qaçılması mümkün olmayan faktlarla müəyyənləşir. Bir şirkəti faktiki olaraq kiber-cinayətkarlıqda ittiham etmək üçün ciddi əsaslar, İP ünvanları, trafik göstəriciləri, hücum nəticəsində toplanmış loqların analizi, hücumun təşkili və sifarişi ilə bağlı faktlar ortaya qoyulmalıdır. Biz şirkət olaraq, bu iddiaları yazan media qurumlarını məhkəmə qarşısında faktları açıqlamağa məcbur edəcəyik. Çünki şirkətin işgüzar nüfuzuna xələl gətirən iddiaları yayımlayan “Azadlıq” və “Gündəm Xəbər” qəzetləri ilə münasibətlər hüquqi müstəvidə aydınlaşdırılacaq. Bu qəzetlər ya əsaslandıqları mənbənin iddia və faktlarını ortaya qoyacaqlar ki, o zaman həmin mənbə məhkəmədə cavab verəcək, ya da təzminat ödəməklə üzr istəməli olacaqlar.Biz Azərbaycanın ən böyük media şirkətlərindən biriyik və özümüzə də yalnız böyük media qruplarını rəqib hesab edirik. Şirkətə daxil olan saytların reytinq göstəricisi, informasiya bazarındakı mövqeyi və dominantlığı, reklam bazarındakı yeri digər media subyektlərinin onunla rəqabət aparmasını daha zəruri edir. Media bazarındakı nüfuz göstəricisi məhz qeyd etdiyimiz amillərlə ölçülür.Böyük və nüfuzlu bir şirkətə şər və böhtanları ilə zərbə vura biləcəklərini düşünənlər bu dəfə də xəyal qırıqlığına uğrayacaqlarına bilsinlər və səbrimizi sınamasınlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Milyonluq toyun ilk günü - FOTOLAR
12:33 27.06.2025
Milyonluq toyun ilk günü - FOTOLAR
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
12:28 27.06.2025
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
"Hələ istədiyim yerdə deyiləm" - Balaəli
12:27 27.06.2025
"Hələ istədiyim yerdə deyiləm" - Balaəli
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
12:22 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
12:16 27.06.2025
Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
Sabah 37 dərəcə isti olacaq
12:12 27.06.2025
Sabah 37 dərəcə isti olacaq
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
12:10 27.06.2025
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
12:06 27.06.2025
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub
12:05 27.06.2025
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub