‘Biz bir komanda kimi mübarizə apararaq qalib gəldik’ - Şəhriyar Məmmədyarov

‘Biz bir komanda kimi mübarizə apararaq qalib gəldik’ -  Şəhriyar Məmmədyarov
İDMAN
17:25 11.06.2013
1442

Şəhriyar Məmmədyarov azarkeşlərə, mediaya və komandasına açıq məktub ünvanlayıb.

AZXEBER.COM-un məlumatına görə, Rusiyanın Xantı-Mansiysk şəhərində sürətli şahmat üzrə dünya çempionatında qələbə qazanan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov açıq məktubla çıxış edərək uğurun əldə olunmasında ona dəstək olan insanlara təşəkkür edib:

“Əziz dostlar, Xantı-Mansiykdə keçirilən dünya çempionatındakı qələbə mənimlə yanaşı çox saylı şahmat azarkeşlərini də sevindirdi. Turnirdən sonra sosial şəbəkədə çoxlu sayda təbriklər oxudum. E-mail poçtuma və şəxsi telefonuma aldığım məktublar məni daha da həvəsləndirdi. Gərgin məşqlər və ardıcıl yarışlar zamanı bizim qələbəmizi daim arzulayan şəxslərin olduğunu unuduruq. Halbuki, Azərbaycanda şahmat çox sevilir və hər bir yarışımız diqqətdə saxlanılır. Bu qədər təbrikdən sonra əminliklə deyə bilərəm ki, növbəti yarışlar zamanı hər bir insanın gücü mənə əlavə stimul verəcək.

Sözsüz ki, bu təkcə mənim deyil, bütün Azərbaycan şahmatının və idmanının uğurudu. Əlbəttə ki, qələbədə dəyərli şahmat həvəskarlarının və azarkeşlərin də böyük payı var. Sürətli şahmat üzrə dünya çempionatındakı qələbəm gələcəkdə iştirak edəcəyim yarışlara daha yaxşı hazırlaşmağa kömək edəcək. Fikrimcə, ən əsası bu turnirdə Azərbaycan təmsilçisinin uğur əldə etməsi oldu. Sonda Azərbaycan idmanı və şahmatı qazandı. Etiraf etməliyəm ki, uğurumda mənimlə çalışan hər bir kəsin rolu var. Gənclər və İdman nazirliyi, Azərbaycan Şahmat Federasiyasına eləcə də menecerim Rüstəm Nəcəfova təşəkkür etmək istərdim.Artıq bir müddətdir mənə dəstək olan baş sponsor DİA Holdinqə minnətdarlığımı bildirirəm. Biz bir komanda kimi mübarizə apararaq qalib gəldik. Təbii ki, ailəmə və həyat yoldaşım Nərmin xanıma hər zaman yanımda olduqları üçün çox sağ ol deməliyəm. Xüsusi olaraq media nümayəndələrinə təşəkkür etməyi özümə borc bilirəm. Hər zaman iştirak etdiyim yarışları işıqlandıran insanlar şahmatın inkişafında böyük iş görür.

Dəstəyə görə hər birinizə TƏŞƏKKÜR edirəm.

Hörmətlə,

sizin Şəhriyar Məmmədyarov”

Xatırladaq ki, 20-dək ölkədən 58 şahmatçının qələbə uğrunda mübarizə apardığı yarışda Şəhriyar Məmmədyarov 15 oyundan 11.5 xalla dünya çempionu adını qazanıb. Ötən il çempionatın qalibi rusiyalı Sergey Karyakin olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib
12:39 21.08.2026
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib