‘Biz birlikdə bacararıq’ adlı fotomüsabiqəyə maraq getdikcə artır

‘Biz birlikdə bacararıq’ adlı fotomüsabiqəyə maraq getdikcə artır
GƏNCLİK
14:28 02.04.2012
1664

Gənclər və İdman Nazirliyi 2012-ci ilin mart və aprel ayları ərzində 16-29 yaşlı gənclər arasında “Biz birlikdə bacararıq” devizi altında foto-müsabiqəyə start verib. Qısa müddət ərzində müsabiqəyə 200-dən artıq şəkil təqdim olunub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, münsiflər heyəti tərəfindən seçiləcək şəkillərin müəllifləri mükafatlandırılmaqla bərabər, eyni zamanda onların adları da qeyd olunmaqla, təqdim etdikləri fotolar bütün dünyada böyük maraqla baxılan www.baku2020.com saytında nümayiş olunacaq.

Müsabiqə 2020 Yay Olimpiya oyunlarının Bakı şəhərində keçirilməsinə dəstək olaraq reallaşır. Ən maraqlı məqam isə müsabiqəyə Bakı şəhəri də daxil olmaqla, Azərbaycanın bütün regionlarından marağın göstərilməsidir. Müsabiqədə I yerə layıq görüləcək iştirakçı 400 manat, II yerə layıq görüləcək iştirakçı 300 manat, III yerə layıq görüləcək iştirakçılar isə 2 nəfər olmaq şərti ilə ayrı-ayrılıqda 200 manat pul mükafatı və diplomlarla təltif olunacaqlar. Təqdim olunan fotoşəkillər www.baku2020.com saytında nümayiş olunacaq.

Fotoşəkillər Azərbaycanın zəngin mədəniyyətini, idman infrastrukturunun inkişafını, təbii irsinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunmasını, ölkənin idman sahəsində qazandığı uğurlarını əks etdirməlidir.

Müsabiqədə iştirak etmək istəyən gənclər fotoşəkilləri [email protected]/* */ elektron ünvanına göndərməlidir. Hər bir iştirakçı 5-dək fotoşəkil təqdim edə bilər. Təqdim olunan hər bir fotoşəkilin adı qeyd olunmalıdır. Hər bir iştirakçı haqqında məlumat ( adı, soyadı, təvəllüd, telefon nömrəsi) əlavə olunmalıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
13:44 16.10.2026
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
Prezident fərman imzaladı
13:14 16.10.2026
Prezident fərman imzaladı
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
13:09 16.10.2026
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
13:08 16.10.2026
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
13:08 16.10.2026
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
12:58 16.10.2026
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
12:57 16.10.2026
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
Almaniya səfiri Göygöldə olub - FOTOLAR
12:56 16.10.2026
Almaniya səfiri Göygöldə olub - FOTOLAR
Prezident yeni səfiri qəbul etdi - Fotolar
12:53 16.10.2026
Prezident yeni səfiri qəbul etdi - Fotolar
Vakansiya adı altında qadınlara qeyri-etik təklif - Ekspert risklərdən danışdı
12:51 16.10.2026
Vakansiya adı altında qadınlara qeyri-etik təklif - Ekspert risklərdən danışdı