“Biz bölgəmizdəki qətliama laqeyd qalmayacağıq” – GƏRGİNLİK

“Biz bölgəmizdəki qətliama laqeyd qalmayacağıq” – GƏRGİNLİK
Bütün Xəbərlər
14:36 10.02.2012
1188

Əhməd Davudoğlu: "Biz "əlimizdən gələni etdik, indi gözləyib baxacağıq" deməyəcəyik"

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, Xarici işlər naziri Əhməd Davudoğlu Suriyada böhranın həlli üçün beynəlxalq platforma yaratmaq istədiklərini və hazırda müxtəlif ölkələrlə bu haqda müzakirələr apardıqlarını deyib.

ABŞ-dakı Corc Vaşinqton Universitetində çıxış edən Əhməd Davudoğlu "Rusiya və Çin qərara veto qoydu, biz əlimizdən gələni etdik, neynəyək, gözləyib, baxacağıq deməyəcəyik. Hamı səssiz dursa da, hər kəs müşahidəçi olsa da biz Türkiyə olaraq bölgəmizdəki qətliama laqeyd qalmayacağıq. Hazırda da bunu edirik".

Davudoğlu çıxışında terror mövzusuna da toxunub. Xarici işlər naziri heç bir ölkənin dinc vətəndaşlara qarşı terrora göz yummayacağına diqqət çəkib: "Bütün fikirlərə tolerant yanaşa bilərik, demokratik toplumuq, amma heç kimsə, amerikalılar, avropalılar terror hücumlarına dözümlü yanaşa bilməz. Bölgədəki diktatura rejimləri kimi PKK da soyuq müharibə dövrünün arxaik bir strukturudur".

OXŞAR XƏBƏRLƏR