''Biz də dövlətsiz deyilik və bu dövlətin adı Azərbaycandır''
Bütün Xəbərlər
07:52 19.11.2012
1267
Rusiyanın dövlətli azərbaycanlıları elə dövlət seçimi qarşısında da qalıb. Əvvəla hansı Dövləti seçməli? Azərbaycanı, yoxsa Rusiyanı? İkincisi hansı dövləti-sərvət mənasında dövləti, yoxsa elə dövlət mənasında dövləti seçməli? Və nəhayət, bu dövlətlilər öz dövlətlərini-sərvətlərini elə öz dövlətləri vətənləri bahasına ödəmək zərurəti ilə üz-üzədir. Telman İsmayılov, Araz Ağalarov, Rüstəm İbrahimbəyov və başqaları qazandıqları milyonların haqqını ödəməlidirlər. Artıq vəziyyət ciddiləşir. Əgər dünədək varlı azərbaycanlıların yenidən təşktilatlanmasının Prezident oteldə baş tutması az-çox təsadüfə bənzəyirdisə, Azərbaycan və Rusiyada ləzgilər və avarların pozulan hüquqlarının müzakirə və müdafiəsinə həsr olunmuş, Rusiya federasiyası rəhbərliyini təmsil edən şəxslərin təşkilatçılığı ilə keçirilmiş toplantının təsadüfən bu otelə təsadüf etməsi artıq təsaduf deyil.Rusiya özünü əsl müharibədə kimi aparır. Əvvəlcə Birinci Ukrayna cəbhəsincə qələbə, sonra hərbi Gürcüstan yolu ilə qələbə… Əslində siyasi texnoloqlara çoxdan aydın idi ki, Gürcüstanla məsələ bitən kimi hədəf Azərbaycan olacaq. Müstəqil siyasət yürüdən-cazibədar Qərb və təhlükəli Rusiya arasında uzun muddət bacarıqla reverans edən Bakının davranışı Azərbaycanı müstəqil dövlət kimi heç cür həzm edə bilməyən Rusiyanı qıcıqlandırır. Vladimir Putinin qayıdışından sonra Rusiyada yaşayan mühacirlərin dolanışığı çətinləşdi. Məsələn, çeçen qızını zorlayan rus zabitini zaldan azadlığa buraxan Rusiya məhkəməsi toy havasına göyə güllə atan, terror, qətl törətməyən, sadəcə şadlığına şitlik edən azərbaycanlı yeniyetməni barmaqlıqlar arxasına atır. Ya da qardaşın gözü qabağında qardaşı güllələyir, sonra da sağ qalmış, gözü yaşlı qardaşı ağzı üstə yerə yıxaraq onun özünü cinayətkar çıxarır… Təbii ki, bütün bunlar azərbaycanlıların gözünü qırmaq üçün edilir. Varlı azərbaycanlılardan xeyirxah, separata meylli vətəndaşlarımızdan isə acıqlı müstəqil qayıran Moskva niyyətini gizlətmir.Dünənədək velikorus bəyanatları ilə məşhur Jirinovskini sərsəm adlandıran və onun fikirlərini cəfəngiyyat sayan Rusiya gözümüzün qabağındaca özü boyda Jirinovskiyə çevrilib. Putinin SSRİ qurmaq oyunu getdikcə bir oyun həvəsindən kənara çıxır. Azərbaycanı yenidən Moskvanın bostanı kimi görmək istəyən Rusiya indi həm oyun həm də ərazi üstünlüyünə malikdir. Hələ bir neçə ay əvvəl Azərbaycan Ermənistanı blokada şəraitində saxladığını güman edə bilərdisə, artıq indi Azərbaycan özü belə vəziyyətə yaxındır. Sovet Gürcüstanı və sovet Ermənistanı tərəfdən, eləcə də İran İslam Respublikası səmtdən əhatəyə alınmış Azərbaycan öz müstəqilliyni demək olar ki, təkbaşına qorumalıdır. Moskva isə Azərbaycan hakimiyyətini öz iradəsinə tabe etdirmək məqsədilə həm Rusiyada, həm də Azərbaycanda yaşayan özünkülərdən istifadə edir. Varlı azərbaycanlılardan özünəməxsus diaspora formalaşdıran və bununla da Birləşmiş Ştatlardakı erməni diasporunun oxşarını yaradan Moskva əmindir ki, ermənilər o diasporadan asılı olduğu qədər azərbaycanlılar da bu diaspordan asılı olacaq və Sarqsyan diasporanın əlində nəsə Əliyev də ona çevriləcək. Azərbaycanın şimalını parçalmağa amadə Sadval-ın bərpası da, Azərbaycanın digər etnik azlıqlarını qızışdırmaq da eyni missiyaya xidmət edir. Moskvada “Prezident hotel”də Rusiya Prezident Administrasiyası, Xarici işlər Nazirliyi, Federal Miqrasiya Xidməti və Federal Sərhəd Xidmətinin nümayəndələrinin iştirakı i ilə keçən “Rusiya və Azərbaycanda yaşayan ləzgi, avar xalqlarının problemləri və onların həlli yolları” adlı I beynəlxalq konfrans, etnik qrupların ölkəmizdə guya assimilyasiyaya məruz qaldığı barədə iddialar, “Talış Muğan Respublikası”nın ideoloqlarından biri Fəxrəddin İboşzadənin “Sadval”ın təsis toplantısına dəvət olunması. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə ölkəmizin şimal-şərq bölgəsinə yəqin ki yeni il hədiyyəsi paylamağa getməmişdi.Baxmayaraq ki, Rusiya Azərbaycan ləzgi və avarlarına terror və gülləbaran Dağıstanından başqa heçə nə vəd edə bilmir. Və Rusiya qəti əmin deyil ki, sabah onun ərazisinə terror və separatçılıq meylləri yenidən ayaq açmayacaq, Kreml yeni bir Nord Ost və ya Pervomaysk aqibəti yaşamayacaq.Rusiya özünü elə aparır ki, sanki 1990-cı ilin 20 yanvarı Bakı divarlarına qan çiləməyib. Sanki Şəhidlər Xiyabanını Azərbaycan şəhərsalma idarəsi plana salıb.Böyür-başımızda 1993-cü ilin sərt şimal və fırtınalı cənub təqvimini bərpa etmək istəyən Moskvanın soyuq gözləri sayrışır. İndi yenidən aydın olur ki, bir neçə ay əvvəl Qubanın ağ almaları nədən qızarırmış. Vəziyyət o qədər həssasdır ki, adam hətta 3 gün əvvəl açılmış Qəbələ-Moskva təyyarə reysinə də xofla yanaşır. Çünki bizə yaxşı məlumdur ki, 1993-cü ilin mayında Azərbaycanı tərk edən hərbi yük dolu təyyarələr geriyə necə xiffətlə qayıtmaq istəyir.Stavkada Azərbaycanın müstəqilliyidirƏlbəttə Azərbaycan idealdan uzaqdır.Əlbəttə burada da incidilən sadə və incidən mürəkkəb vətəndaşlar var.Burda da rüşvət alanlar rüşvət verənlərin nifrəti və lənətini qazanıb.Burda da dövlət korrupsiya faktlarından əzab çəkir.Amma bütün bunlar müstəqil dövlətimizdə baş verir və ona sevinmək, qürrələnmək lazımdır ki, bu dövlət tutaq ki, Daşkəsəndə ayaqyolu tikmək icazəsini artıq 20 ildən çoxdur ki, Moskvanın hansısa Zaxodovundan almır. Ona görə də bir ovuc əclaf və binamusa görə dövləti vanna qarışıq atmaq yaramaz. Bilirik ki, sovet Mustafalarına dünya vəd edən Rustəm İbrahimbəyovlar sonda adamın qoltuğuna adicə bir qlobus verib yola salır.İki gün əvvəl Rusiyanın dövlət kanalında Tiflisdə--- Sovet işğalı muzeyinin bağlanmasını tələb edən kiçik bir qrupun etiraz aksiyasını göstərirdilər. Ruslar sübut etməyə çalışırdılar ki, bu muzeyin bağlanması az qala hər iki gürcüdən birinin arzusuymuş və onlar Mixail Saakaşvilini xalq düşməni belə adlandırmaqdan çəkinmirdilər. Rusiya qarşı vuruşa rəhbərlik etmiş, ən son anadək barrikadadan çəkilməmiş, Abxaziya və Cənubi Osetiyanı itirsə də gürcü ruhunu qoruyub saxlayan Mişanı. RTR nə vaxtsa Bakıdan da oxşar məzmunlu reportaj hazırlamaq istəyəcək.İnanıram ki, ruslar Azərbaycanda da aprelin 28-nin işğal günü odduğunu unudan bir ovuc azərbaycanlı tapa bilərlər. Amma bu heç də o demək deyil ki, Rusiya Azərbaycanı işğal etməmişdi.Və sonda: Pulunu, varşdatını, sərvətini qorumağa məhkum olan milyarderlər dölətlidir təbii. Amma biz də dövlətsiz deyilik və bu dövlətin adı Azərbaycandır.