‘Biz düzgün mövqe tutmuşuq və hədəfi düz nişan almışıq’ - Arif Hacılıdan Rəsul Quliyevə cavab

‘Biz düzgün mövqe tutmuşuq və hədəfi düz nişan almışıq’ -  Arif Hacılıdan Rəsul Quliyevə cavab
SİYASƏT
18:05 01.08.2013
1782

“Rəsul Quliyevin şəxsiyyətini xarakterizə etmək mənim işim deyil. Bu, Açıq Cəmiyyət Partiyası üzvlərinin problemidir və onlar bu barədə düşünməlidirlər”.

Bu açıqlamanı APA-ya Milli Şuranın üzvü, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib. O, Acıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin son günlər Müsavat Partiyasına qarşı səsləndirdiyi ittihamlara, Müsavat və Rəsul Quliyev arasında qarşılıqlı ittihamlara münasibət bildirib. A. Hacılı qeyd edib ki, Müsavat Partiyasının R. Quliyev və ya onun partiyası ilə hansısa problemləri mövcud deyil: “Biz sadəcə Rəsul Quliyevin bir neçə il ərzində Müsavat Partiyasına, onun liderlərinə qarşı apardığı ardıcıl siyasətə zaman-zaman cavab veririk. Son aylar ərzində Rəsul Quliyevin Müsavat və onun liderləri əleyhinə, yürütdüyü siyasət əleyhinə ittihamları, hətta Müsavatın tarixi ilə bağlı çoxsaylı açıqlamaları olub. Bütün bu açıqlamalara öz “facebook” səhifəmdə on cümlə ilə cavab vermişəm. Yəqin ki, mənim bu cavabıma verilən cavabları da toplasaq, bir kitab alınar. Bu adamlar mənim on cümləmə yəqin ki, bir kitaba yerləşəcək həcmdə cavab veriblər. Cavabları da kifayət qədər əsassızdır. Mövqeləri sabit deyil. Mənim cavabımdan sonra qarşı tərəfin isterikalı və çılğın açıqlamaları göstərir ki, biz düzgün mövqe tutmuşuq və hədəfi düz nişan almışıq”. A. Hacılı indiki şəraitdə daha məsuliyyətli qərarların qəbul edilməsinin zəruriliyini vurğulayıb: “Məsuliyyətsiz mövqelər, cəmiyyətin azməlumatlı hissəsini çaşdırmaq cəhdləri ortaya çıxanda biz bir neçə cümlə ilə müəyyən məsələlərə aydınlıq gətiririk ki, belə bir hal baş verməsin”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
19:34 02.07.2025
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
19:20 02.07.2025
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı