“Görmüşük ki, bayramlarda insanlar xeyirxahlıq edər, amma işbazlar qiymətləri artırır” – Tahir Rzayev

SOSİAL
11:56 28.02.2023
909
"Bayramqabağı qiymətlərin artması düşündürücü bir məsələdir. Bu, həm də yaxşı hal deyil. Biz görmüşük ki, əziz bayramlarda insanlar bir-birinə əl uzadarlar, xeyirxahlıq göstərərlər, müəyyən qaydada qiymətləri aşağı salarlar. Amma çox təəssüflər olsun ki, bəzi işbazlar müqəddəs bayramlardan sui-istifadə edirlər və qiymətləri artırırlar.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bayramqabağı günlərdə müşahidə olunan qiymət artımlarına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, bayram günlərində qiymətlərin artması işbazların işidir, bu, bayramlarımıza sayğısızlıqdır:

"Sözsüz ki, bu, insanlar tərəfindən olur. Çünki bu gün insanların süfrəyə qoyduğu ən əziz nemətlər kənd təsərrüfatı məhsullarıdır, meyvələrdir, şirələrdir, çərəzlərdir. Ərzaq məhsulları da var. Ancaq əsasən insanlar kənd təsərrüfatı məhsullarına - ət, süd, yağ bunara üstünlük verirlər. Ona görə də bunların qiymətlərinin artırılmasını mən düzgün hesab eləmirəm. Bu, müəyyən işbazların işidir, milləti sevməyən, öz müqəddəs adət-ənənələrinə hörmətlə yanaşmayan insanların işidir ki, belə hallara yol verirlər. Lakin dövlət tərəfindən də, sahibkarlar tərəfindən də yarmarkaların açılması bunun qarşısını müəyyən qədər alır. Ancaq bu, kifayət eləmir, mən düzünü deyirəm. Çünki birdən-birə bayram ərəfəsində qozun, fındığın, şabalıdın və digər məhsulların qiymətinin bəzən bir dəfə, iki dəfə artırılması, elə bil ki, insanlara bir sayğısızlıqdır. Bizim müqəddəs bayramlarımıza sayğısızlıqdır. Mən yenə deyirəm, bu bayramlarda insanlar yaxşı ənənələri – rifahı, ədaləti, humanistliyi nümayiş etdirməlidirlər. Nəyə görə ətin qiyməti bu günlərdə artmalıdır, nəyə görə südün qiyməti artmalıdır? Bu, işbazların işidir. Mən bunu bir vətəndaş kimi düzgün hesab etmirəm”.

Tahir Rzayev deyib ki, insanların özünün bir insafı olmalıdır ki, belə şeylərə yol verməsinlər:

"O ki qaldı bunun qarşısının alınmasına, indi azad sahibkarlıqdır, hər kəs bazarda sərbəstdir. İnsanların özünün bir insafı olmalıdır ki, belə şeylərə yol verməsinlər. Bu gün dövlət onu ciddi tənzimləyə bilməz. Çünki şəxs deyir ki, mənim məhsulumdur, məhsulumu belə satmaq istəyirəm. Azad sahibkardır, bu, onun haqqıdır. Amma bu haqq da ədalətə söykənməlidir. İnsanların hazırkı vəziyyətini nəzərə almalıdılar. Bayram günlərində qiyməti bir az aşağı etməklə o kasıblamayacaq. Çox təəssüflər olsun ki, nəinki aşağı vermək, hətta bazardakı qiymətlərdən də artıq edir. Bu, vətəndaşın öz vicdanına qalıb. Dövlət xətti ilə, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə yarmarkalar təşkil edilir. İnsanlar orada xeyli aşağı qiymətlərə kənd təsərrüfatı, ərzaq məhsulları alırlar. Amma gərək bizim hər birimizin milli dəyərlərimizə hörmətimiz olsun ki, belə vaxtda insanlar narazı qalmasın”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir