‘Biz kimisə alçaltmırıq, işgəncə vermirik’ - CAVAB

‘Biz kimisə alçaltmırıq, işgəncə vermirik’ - CAVAB
Bütün Xəbərlər
16:07 22.12.2012
1178

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva sensasion açıqlama verib.

Hüquq müdafiəçisi məhbusların problemlərinə dair tədbirdə çıxışında bildirib ki, bir neçə ay öncə əməkdaşı Bayram Sadıqovla birlikdə həbsdə olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə görüşüblər. Bu görüşdə onları zəhərləyiblər. Belə ki, həbsxanada onlara verilən çaya zəhərli maddə qatılıb: “Çayı bizə bir nəfər gətirdi. Biz də çaydan bir az içdik. Bir müddətdən sonra Bayram müəllimin də, mənim də halımız pisləşdi”.  A.Abdullayeva qeyd edib ki, hazırda hakimiyyətdəki qruplaşmalar arasında gərgin mübarizə gedir və bəzi qüvvələr bu kimi mənfi hallar törədərək qarışıqlıq yaratmaqda maraqlıdır. Onun dediyinə görə, bəzi qüvvələr öz adamlarını həbsxanaya göndərərək istədikləri addımları atdıra bilirlər: “Həbsxanada bizə çayı gətirən həmin şəxs Pentensiar Xidmətin əməkdaşına bənzəmirdi. O məhkuma da oxşamırdı. O daha çox öyrədilib ora göndərilən adama bənzəyirdi”.  Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov hüquq müdafiəçisinin zəhərlənmə iddiasına aydınlıq gətirdi. Qurumun sözçüsü “Yeni Müsavat”a açıqlamasında A.Abdullayevanın bəyanatından təəssüfləndiyini vurğuladı: “Əvvəla, Arzu xanım ora gələndə artıq yolda özünü yaxşı hiss etməyib. İkincisi, həmin vaxt bizim əməkdaşlarımız da onlarla bir yerdə olub və həmin çaydan içiblər. Bu necə ola bilər? Çox gülməli iddiadır və təəssüf edirəm ki, belə bir açıqlama ilə Arzu xanım çıxış edib. Arzu xanım deyir ki, çayı gətirən şəxslər Penitensiar Xidmətin əməkdaşlarına oxşamırdı. Bu isə ümumiyyətlə absurd fikirdir. Bura cəzaçəkmə müəssisəsidir və kənar şəxs necə içəri daxil olub, üstəlik, çay gətirə bilər?”.  M.Sadıqov məhbus ailələrinin səsləndirdiyi ittihamlara da cavab verdi. O, Nemət Pənahlının olduğu 17 saylı cəzaçəkmə müəssisəsində pul yığılması, məhkumlara işgəncə verilməsi iddialarını rədd etdi: “17 saylı cəza çəkmə müəssisəsi qarışıq bir yerdir və ciddi rejimdir. Kim qanuna zidd hərəkətə yol verirsə, digər məhkumun haqqını tapdalayırsa buna necə yol vermək olmaz. Biz kimisə alçaltmırıq, işgəncə vermirik. Bu Nemət Pənahlının uydurmalarıdır. Kimlərsə orada kriminal şərait yaratmaq istəyirdi bunun qarşısı alındı. Orada yüzlərlə dustaq saxlanır. Biz məhkumların şəraitinin yaxşılaşdırılması üçün əlimizdən gələni edirik. Bu günlərə məhkum televiziyası da yaradıldı. Səfirliklərlə əməkdaşlıq edirik. Polşa səfiri uşaq cəzaçəkmə müəssisələrinə kompüter dəstləri bağışladı. Biz özümüz də bu işləri görürük, eyni zamanda səfirliklər də dəstəyini əsirgəmir. Sonra 10 dəst tədris partaları verildi. Məhkum uşaqlara bilyard, kompüter bağışlandı”.  Müsahibimiz məhkumların yaxınları ilə telefonla danışması üçün onlardan pul alınmadığını söylədi: “Biz qanunvericiliyə dəyişiklik etdik və məhbusların telefondan danışıq imkanlarını daha da artırdıq. Yeni telefon xətləri çəkilir, aparatlar alınır. Penitensiar Xidmət əməkdaşının onların 1-2 manatı nəyinə lazımdır? Pərviz Mikayılova gəlincə, o özünü qüllədən atmağa cəhd edib. Bu adamın psixoloji vəziyyəti yerində olmayıb, sonra intihar edib. Ona niyə işgəncə verilməlidir ki? Bu kimə lazımdır? Bunlar absurd fikirlərdir. Təbii ki, problemlər var və biz onu aradan qaldırmağa çalışırıq”. 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb