‘Biz onların daxili işlərinə qarışmırıq və eyni münasibəti də tələb edirik’ - Ramiz Mehdiyev

‘Biz onların daxili işlərinə qarışmırıq və eyni münasibəti də tələb edirik’ -  Ramiz Mehdiyev
Bütün Xəbərlər
17:23 23.05.2014
1476

 "Heç kim unutmamalıdır ki, Konsitutsiyaya görə, Azərbaycanın müstəqilliyinin qarantı ölkə prezidenti İlham Əliyevdir. Heç bir xarici qüvvə heç vaxt bizim müstəqilliyimizin qarantı olması barədə bəyanatla çıxış etməyib və edə də bilməz". AZXEBER.COM məlumatına görə, bu sözləri AzərTAc-a müsahibəsində Ramiz Mehdiyev deyib. O, ABŞ səfiri Riçard Morninqstarı Azərbaycana görə narahat olmamağa çağırıb: "Azərbaycanın hazırki inkişaf səviyyəsi, iqtisadiyyatın artımı və dövlətçilik institutlarının möhkəmləndirilməsi ölkənin müstəqilliyini qorumağa, xalqın dəstəyinə əsaslanmağa imkan verir". O, qeyd edib ki, diplomatların işi qapıları bağlamaq yox, açmaqdır: "Bunu hamı edə bilər. Amma sizin üzərinizə diplomat missiyası qoyulubsa zəhmət olmasa onu məsuliyyətlə və vicdanla icra edin. Azərbaycanı regiondan gedəcəyi və təxribati fikirlərlə şantaj etmək lazım deyil. Şantaj və hədə dili ilə inama nail olmaq olmaz. Morninqstar 19 ildir ki, İlham Əliyevi tanıdığını deyir. Amma görünür bu müddət ərzində o hələ Azərbaycan prezidenyinin yüksək ton, hədə və şantajı qəbul etmədiyini öyrənməyib. İndi Azərbaycanın öz qonşusu ilə münasibətləri haqqında ABŞ-ın nümayəndəsinin sözlərinə diqqəti yönəldək. Növbəti dəfə vurğulamaq istəyirəm ki, Azərbaycanın xarici siyasəti bir-birinə yaxın ölkələrlə mehriban və sülh münasibətlərinə söykənir. Biz onların daxili işlərinə qarışmırıq və eyni münasibəti də tələb edirik. Rusiyaya gəlincə, bu ölkə bizim ən yaxın qonşumuzdur və onunla münasibətlər həmişə Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Bizim ölkələrimiz arasında qarşılıqlı anlaşma mövcuddur və yalnız Dağlıq Qarabağ problemindən başqa hər hansı həll olunmamış problemlər mövcud deyil. Bütün yaranan suallar bərabər hüquqlu dialoq və danışıqlar yolu ilə həll edilir. Rusiya və Azərbaycan arasında hal-hazırda gərginlik mövcud olduğunu hesab etmək qeyri-obyektivlikdir. Hərçənd ki, müəyyən güclərlə həm içəridə, həm də kənarda bir neçə dəfə Azərbaycan və Rusiya arasında münasibətləri korlamaq cəhdləri hazırlanır. Amma müdrikliyin və bu iki dövlətin başçılarının qarşılıqlı etibarının sayəsində belə provokasiyalar müvəffəqiyyətlə nəticələnmir". Ramiz Mehdiyev qeyd edib ki, səfir Morninqstar cənubdan İranla və şimaldan Rusiyayla Azərbaycanın qonşuluğunun ölkəmizə təhlükə yaratdığını bildirir: "O, nədənsə Azərbaycanın ərazi bütövlüyünün əsas təhlükəsini unudur. Ermənistan 20 faiz Azərbaycan torpağını işğal edib. Ermənistan yalnız Azərbaycanın ərazisinin bütövlüyü üçün əsas təhlükə deyil, həm də region üçün təhlükədir. ABŞ da bu haqda narahat olmağa məcburdur. Nə qədər ki, erməni işğalçıları bizim torpaqlarımızdan getməyəcəklər, regionda hərbi münaqişənin başlanğıcının təhlükələri sovuşmayacaq". PA rəhbəri söyləyib ki, əgər ABŞ həqiqətən özünü müstəqilliyin zamini hesab edirsə və bizim xeyirimiz haqqında düşünürsə, niyə onlar indiyə qədər 907 nömrəli "Azadlığın Dəstəyi Haqqında Akta" düzəlişi ləğv etməyiblər ? "Düzdür, Vaşinqton hal-hazırda onun təsirini dayandırıb, əgər onlar ikitərəfli münasibətlərin inkişafında o qədər səmimiyyətlə maraqlıdırlarsa niyə amerikalılar bu düzəlişi ləğv etməyi qəti istəmirlər? Və niyə ABŞ Ermənistana təsir etmir ki, o işğal edilmiş Azərbaycan torpaqlarını azad etsin? Axı elə hallar olub ki, ABŞ maraqları tələb etdiyi halda dərhal praktiki addımlar atmağa başlayıb. Məsələn, Liviyada. ABŞ və NATO BMT TŞ-nin sənədinin mürəkkəbi qurumamış suveren dövlətə qarşı hərbi əməliyyata başladı. Bir saat içində müvafiq qərar qəbul edildi və operativ şəkildə icra olundu. Yaxud da İraq və keçmiş Yuqoslaviyanı yada salaq. Orada ABŞ BMT TŞ-nin qərarlarını gözləmədən güc tətbiq etdi. Bəs onda nəyə görə ABŞ Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq hüququn pozulmasın bu qədər laqeyddir? Düşünürəm ki, ABŞ səfiri ilk növbədə Azərbaycan ictimaiyyətinə məhz bu məsələləri izah etməli idi. O məsələlər ki, həm də onun ölkəsinin günahı ucbatından artıq 20 ildir öz həllini tapmır”.

OXŞAR XƏBƏRLƏR