“Biz qul deyilik, dənizçiyik” - Mübariz Mənsimovun işçiləri üsyan etdi

“Biz qul deyilik, dənizçiyik” - Mübariz Mənsimovun işçiləri üsyan etdi
SOSİAL
21:35 24.02.2021
1018
"Palmali Shipping” şirkətinin onlarla gəmisi Aralıq dənizindəki limanlarda tərk edilmiş vəziyyətdədir.

Yenisabah.az xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, "Shovket Alekperova” adlı şirkət gəmisi 9 aydır Zeytinburnuda lövbərdə gözləyir. Həmçinin şirkətin 150 işçisinin yüzminlərlə dollar dəyərində olan maaşlarını ala bilmədiyi də iddia edilir. Maaşlarını ala bilməyən işçilər gəmidəki yemək və təmiz su çətinliyindən də əziyyət çəkirlər.

Hazırda "Shovket Alekperova” gəmisinin heyəti "Twitter”də paylaşım edərək səsini eşitdirməyə çalışır.

Heyətin son "tweet”ində, "9 aydır Zeytinburnuda lövbər gözləyirik. "Palmali Shipping” bizə maaşımızı vermir. Maaşlarımız üçün mübarizə aparırıq. 17-18 aydır maaş almırıq. Biz qul deyilik, dənizçiyik. Ailəmiz əziyyət çəkir. Psixologiyamız pozulub. Bizə haqqımızı verin”,-ifadələrinə yer verib.

Qeyd edək ki, digər bir hadisə Beyrutda lövbər atan "Palmali Shipping”ə məxsus bir tankerdə doqquz günlük aclıq aksiyası keçirilmişdi, heyət üzvlərinin evlərinə təyyarədə göndərilməsi ilə nəticələnmişdi. Həmin vaxt itirilmiş maaşların bir hissəsini ödəmək üçün onlara 114 min dollar təklif edilmişdi.

Bildirək ki, yanacaq tədarükçülərinə, gəmiqayırma zavodlarına və banklara təxminən 900 milyon dollar borcu olduğu ortaya çıxan Palmali Holdinqin bir çox gəmisi ələ keçirilib, lakin bununla da borclar tam ödənilməyib.

SOCAR neft şirkəti də Mübariz Mənsimova məxsus Palmali qrupuna qarşı Londondakı Beynəlxalq Arbitraj Məhkəməsində bir sıra iddia qaldırmışdı. 2018-ci ildə və ondan sonrakı dövrlərdə açılan iddialardan 3-ü həllini tapdı. London Beynəlxalq Arbitraj Məhkəməsi  "Palmali”nin "Socar”a 3 məhkəmədən ümumilikdə 245 milyon dollar təzminat ödəməsinə qərar verdi.

Xatırladaq ki, 2018-ci ildə iflas edən "Palmali Shipping” şirkətinin qurucusu Mübariz Mənsimov İstanbulda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar aparılan istintaq çərçivəsində mart ayında nəzarətə götürülüb və İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə Mənsimov haqqında "FETÖ / PDY silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 7.5 ildən 15 ilədək həbs cəzası verilməsi barədə cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sərnişinlər avtobusa düşə bilmirlər - VİDEO
00:13 22.10.2026
Sərnişinlər avtobusa düşə bilmirlər - VİDEO
İlon Mask: Gələcəkdə pul öz əhəmiyyətini itirəcək
00:08 22.10.2026
İlon Mask: Gələcəkdə pul öz əhəmiyyətini itirəcək
Bu bürclərə ŞAD XƏBƏR: Varlanacaqlar
00:03 22.10.2026
Bu bürclərə ŞAD XƏBƏR: Varlanacaqlar
Evinin "kupça"sı olmayanlara şad xəbər
23:59 21.10.2026
Evinin "kupça"sı olmayanlara şad xəbər
Azərbaycanla Portuqaliya investisiya imkanlarını müzakirə edib
23:57 21.10.2026
Azərbaycanla Portuqaliya investisiya imkanlarını müzakirə edib
Evi ilanlar basıb - VİDEO
23:53 21.10.2026
Evi ilanlar basıb - VİDEO
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
23:50 21.10.2026
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Silahlı şəxslər Tripolidə Liviya Hesablama Palatasının binasını ələ keçiriblər
23:47 21.10.2026
Silahlı şəxslər Tripolidə Liviya Hesablama Palatasının binasını ələ keçiriblər
ÇL: “Komo” öz meydanında “Mançester Yunayted”i darmadağın edib
23:43 21.10.2026
ÇL: “Komo” öz meydanında “Mançester Yunayted”i darmadağın edib
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
23:36 21.10.2026
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
Kütləvi iğtişaşlardan sonra silaha tələbat artıb
23:30 21.10.2026
Kütləvi iğtişaşlardan sonra silaha tələbat artıb
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
23:23 21.10.2026
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Fransa neft terminalını qorumaq üçün Səudiyyə Ərəbistanına hərbi vasitələr göndərəcək
23:10 21.10.2026
Fransa neft terminalını qorumaq üçün Səudiyyə Ərəbistanına hərbi vasitələr göndərəcək
Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər
23:02 21.10.2026
Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər
Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub
22:59 21.10.2026
Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub
Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
22:52 21.10.2026
Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var