“İsa Qəmbər seçkilərə qatılmaq həvəsindədir”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Gürcüstan prezidenti Mixeil Saakaşvilinin Tbilisidə Azərbaycan müxalifətçilərinin görüşü haqqında səslədirdiyi fikirlərə münasibət bildirərkən söyləyib:
“Mixail Saakaşvili ən son Bakı səfərindən sonra da mətbuata açıqlamasında bu qurumların necə yarandığını, haradan maliyyə dəstəyi aldığını, kimlər tərəfindən yönləndirildiyini və nə zaman təhlükəli manevrlər edə biləcəyi haqda bəyanatlar vermişdi. Biz Sakaaşvilidən qabaq Milli Şuranın Rusiyanın layihəsi olduğunu demişik. O ki, qaldı Milli Şuranın daxilində gedən proseslərə hər şey davranışlarından aydın görünür. İsa Qəmbər seçkilərə qatılmaq həvəsindədir. O, özünə sərf edən bəyanatlar verərək, kimlərdənsə qarşılıq gözləyir. Belə ki, onun dünənki, açıqlamasını analiz etsək görərik ki, o bununla Milli Şuranın yalan məlumat yaydığını üzə çıxartdı. Bir daha təsdiq etdi ki, Rüstəm İbrahimbəyovun Bakıya gəlməməsinin əsas səbəbi Milli Şuranın verdiyi qərar deyil, onun öz şəxsi fikridir”.
Partiya sədri Müsavat başqanı İsa Qəmbərin “Azadlıq Radiosu”na verdiyi müsahibə zamanı, “İlham Əliyev Rüstəm İbrahimbəyovun vətəndaşlıq məsələsinin həlli üçün Rusiya prezidentinə müraciət etməldir” fikrinə də münasibəti bildirib. O, bu fikri tamamilə absurt hesab edib:
“Bu çox absurt bir fikirdir. Hamıya məlumdur ki, R. İbrahimbəyovla prezidentin şəxsi münasibətləri mövcuddur. Əgər R. İbrahimbəyov özü prezidentə müraciət edərsə, təbii ki, prezident də bu barədə ölçü götürmək qərarına gələ bilər. Buna görə ilk olaraq R. İbrahimbəyov İlham Əliyevə müraciət edib, vətəndaşlıq məsələsinin həll olunması üçün Putinə müraciət etməsini xahiş etməlidir. Yəni, ilk addımı Rüstəm İbrahimbəyov atmalıdır”.
Əfsələddin Ağalarov