“Biz təkcə ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik”

“Biz təkcə ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik”
SİYASƏT
21:33 01.02.2021
772
Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

"Mən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında, Şuşa şəhərində olmuşam. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Bir yarıdağılmış məscid qalıb, onu da ermənilər təhqir ediblər. Füzuli şəhərində bir dənə də bina yoxdur. Bir üç-dörd mərtəbəli hərbi hissənin binasıdır. Cəbrayıl şəhərində, şəhərin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur. Qubadlı və Zəngilanda bir neçə ev sadəcə olaraq qalıbdır, özü də yarıdağılmış vəziyyətdə. O evlərdən də onlar polis şöbəsi kimi, deməli hərbi baza kimi istifadə edirdilər. Yol boyunca kəndlərdə bir dənə də salamat bina yoxdur. Kəndlərin bütün binaları dağıdılıb, talan edilib”, - deyə dövlətimizin başçısı qeyd edib.

Bu mənzərənin indi bütün dünyaya təqdim edildiyini bildirən Prezident İlham Əliyev deyib: "Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları bunu gizlədirdilər. Sanki belə bir şey yoxdur. O bölgələrdə olan beynəlxalq təşkilatların nümayəndələri də bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə biz oraya jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət edirik. Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs görsün. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
08:30 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
08:26 11.10.2026
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
08:20 11.10.2026
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
08:12 11.10.2026
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
08:06 11.10.2026
Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb
08:02 11.10.2026
Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb
"Kara Haydar"ın 1 milyard 541 milyonluq daha bir kassası üzə çıxdı
07:53 11.10.2026
"Kara Haydar"ın 1 milyard 541 milyonluq daha bir kassası üzə çıxdı
ABŞ səfiri rüşvətlə təyin edilib? - Araşdırma aparılır
07:40 11.10.2026
ABŞ səfiri rüşvətlə təyin edilib? - Araşdırma aparılır
ABŞ-də “İsayias” qasırğası 4 nəfərin ölümünə səbəb olub
07:26 11.10.2026
ABŞ-də “İsayias” qasırğası 4 nəfərin ölümünə səbəb olub
Tramp: Rusiya-Ukrayna müharibəsi səriştəsizlik səbəbindən başladı
07:12 11.10.2026
Tramp: Rusiya-Ukrayna müharibəsi səriştəsizlik səbəbindən başladı
Çin hibrid avtomobillərin ixracını azaldır
07:00 11.10.2026
Çin hibrid avtomobillərin ixracını azaldır
Portuqaliya Futbol Federasiyası Ronaldunun noyabrda milli komandaya qayıdacağına ümid edir
06:40 11.10.2026
Portuqaliya Futbol Federasiyası Ronaldunun noyabrda milli komandaya qayıdacağına ümid edir