Bizə ''Eurovision yox, Qarabağ lazımdır' deyənlərə cavab – KÖŞƏ

MƏDƏNİYYƏT
17:03 26.05.2012
2285
Hacıbəy HEYDƏRLİBu gün Azərbaycanın tarixinin ən önəmli günlərindən biridir. Bəlkə də bu cümlə çoxlarına qəribə görünə bilər, amma əminəm ki, Azərbaycan vətəndaşı olan hər bir insan bu günü hər zaman qürurla, fəxrlə xatırlayacaq. Cəmi 5 il öncə televiziya qarşısında əyləşib rus və türk kanallarından Avropanın ən önəmli musiqi yarışması olan “Eurovision”u izləyirdik. Bu gün isə bütün Avropanı Azərbaycana gətirmişik, onları bizimlə ayaqlaşmağa, ölkəmizin gözəlliklərini izləməyə məcbur etmişik. Bu gün 26 Avropa ölkəsi “Crystall Hall”da çıxış edəcək, Avropanın 44 ölkəsi müsabiqəni canlı yayımlayacaq. 44 ölkə çıxışlar arası fasilədə Bakı, Şəki, Gəncə, Lənkəran, Qobustan, Şamaxı, Quba və ən nəhayət Qarabağımızı tərənnüm edən süjetlər izləyəcək. Qarabağı ona görə xüsusi vurğuladım ki, son günlər sosial şəbəkələrdə bu haqda geniş müzakirələr gedir. Monitor arxasında “əjdaha”ya dönən bəzi gənclər Azərbaycan hakimiyyətini tənqid edir ki, “Eurovision”da Qarabağ haqda heç bir videoçarx yoxdur. Həmin “əjdaha”lar və bütün Avropa bu gün bir daha əmin olacaq ki, Qarabağ Azərbaycanın ən həssas nöqtəsidir və Qarabağsız Azərbaycan yoxdur. Bu həm də “Bizə “Eurovision yox, Qarabağ lazımdır” deyən şəxslərə ən gözəl cavab olacaq. Həmin insanlara göstəriləcək ki, “Eurovision” ölkəmizin təbliğatı üçün ən gözəl vasitədir və biz bundan maksimum yararlanırıq. Finalın ən gözəl tərəfi o olacaq ki, müsabiqə Ermənistanın İctimai Televiziyası tərəfindən də canlı yayımlanacaq. Və bu o deməkdir ki, 4 saat ərzində Qarabağ atları Ermənistanı “çapacaq”, ermənilər Qarabağı azərbaycanlıların gözüylə tanıyacaq. Süjetlər vasitəsiylə Azərbaycanın nə qədər tolerant, dünyəvi ölkə olduğu, adət-ənənələrə, İslam dininə nə qədər bağlı olduğu bir daha isbat olunacaq. Dindən söz düşmüşkən din pərdəsi arxasında gizlənən bir ölkə haqda danışmaq istərdim. Bu ölkə təbii ki, Ermənistanın yaxın dostu olan İrandır. İran neçə vaxtdır ki, əl-ayağa düşüb ki, Azərbaycanda gey-parad keçiriləcək və biz bunun qarşısını alacağıq. Azərbaycan rəsmi dairələri bu məlumatı dəfələrlə təkzib etsə də, kor tutduğunu buraxmadığı kimi İran da gey-paraddan əl çəkmir. Bu məsələdə İrana ən gözəl cavab elə yaxın dostu, qardaşı olan Ermənistandan gəldi. Bu günlərdə İrəvanda gey-parad keçirilib və erməni “mavilər” o ki var əyləniblər. Bədnam qonşularımızın və özünü “İslam dinin beşiyi” adlandıran İranın başı geylərə qarışdığı bir vaxtda ölkəmizdə Avropanın ən böyük mədəniyyət, musiqi müsabiqəsi keçirilir. Əminəm ki, buna hər bir Azərbaycan vətəndaşı sevinir. Amma çox təəssüf ki, bəzi gənclərimiz bunu büruzə verməyə qorxurlar, utanırlar, çəkinirlər. Həmin dostlarımıza demək istəyirəm ki, əmin olun ki, tarixdə İctimai Televiziyanın qarşısında qışqıranlar yox, İctimai Televiziyada yayımlanan müsabiqə qalacaq. Əmin olun ki, tarixdə Bulvarda döyülməyə can atalar yox, Bulvardan möhtəşəm görüntüsü olan “Crystall Hall” qalacaq. Əmin olun ki, tarixdə Avropa telekanallarında verilən 20-30 saniyəlik süjetlər yox, 4 saatlıq müsabiqə qalacaq. Və ən nəhayət bir şeyə əmin olun ki, Azərbaycan hakimiyyətinə deyil, Azərbaycan dövlətinə, xalqına müxalif olmaq sizə heç vaxt başıucalığı gətirməyəcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir