12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribatlardan sonra Azərbaycanda "TikTok” sosial şəbəkəsi bağlanıb. "TikTok"un bağlanmasına səbəb ordunun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayılmasının qarşısının alınması olub.
Bəs görəsən, Bakı əhalisi "TikTok”un yenidən bərpa olunmasını istəyir?
AZXEBER.COM bu sualla şəhərdə sorğu keçirib.
Həmin sorğunu təqdim edirik: