Müğənni Rəqsanə İsmayılova "TikTok"da açdığı canlı yayımda illər öncə üzləşdiyi problemlərdən danışıb.
AZXEBER.COM xəbər verir ki, müğənni ilk dəfə ona və ailəsinə şər atan insandan söz açıb.
Rəqsanə onun kim olduğunu deməsə də, həmin insanın Xalq artisti olduğunu bildirib:
"İllər öncə mən parıldamağa başlayırdım, konsertlərim ard-arda anşlaqla keçirdi. Rusiyanın ən məşhur salonlarında izdihamlı konsertlər verirdim. Mən bu işləri görəndə konsert məkanına 40 nəfərlik komanda ilə gəlirdim, bəziləri isə bir prodüserlə. Ona görə mənim bu uğurlarımı götürə bilmədilər və məni ailəmlə vurdular.
Mənim anam metro, avtobus bilməyən, bizi əziyyətlə böyüdən qadın olub. Ondan keçdilər bacıma, onu da pis-pis işlərdə günahlandırdılar. Bizim övladlarımız məktəbə gedə bilmirdi. Aysun deyirdi ki, mən utanıram hamı bizə pis baxır. Mənim evim, maşınım əlimdə getdi, külli miqdarda borca düşdüm. Bu şəri mənim ailəmə atan isə bir Xalq artisti idi. İndi həmin adamla salamım qalıb, görəndə danışıram. Amma içimdə ona o qədər qarğış etmişəm ki... O insan mənim həyatımı darmadağın etdi".
Xatırladaq ki, illər öncə Rəqsanə İsmayılovanın anası və bacısı insan alverində günahlandırılaraq həbs olunmuşdular.
Aysel