"Bizi haqq mübarizəmizdən yayındırmaq və tariximizi unutdurmaq istəyirlər" - MÜSAHİBƏ

"Bizi haqq mübarizəmizdən yayındırmaq və tariximizi unutdurmaq istəyirlər" -  MÜSAHİBƏ
GƏNCLİK
00:33 02.03.2014
1816
Müsahibimiz TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Əhməd Şahidovdur
- Bu gün dünya ölkələri Ermənistanın işğalçı siyasətinə münasibətdə fərqli mövqe nümayiş etdirirlər. Sizcə, bu hansı səbəblərdən irəli gəlir?
- Çox maraqlı mövzudur. Ən azından Azərbaycanın 25 ildir ki, canını ağrıdan bir məsələdir. Bu gün dünyada haqq-ədalətdən danışmaq bir qədər nisbidir. Məncə, daha çox kimə münasibətdə haqq-ədalət prinsiplərinin tətbiq edildiyini araşdırmaq lazımdır. Bu gün xristian dünyasında, xüsusən də Qərb ölkələrində - ABŞ və Avropada sıradan bir vətəndaşın ən primitiv hüquqları tapdananda bütün cəmiyyət, tanınmış hüquq-müdafiə təşkilatları həyəcan təbili çalır və həmin insanı qoruyurlar. Amma müsəlman dünyasında hər gün insanlar qətl edilir, kimsə bundan danışmır.
Azərbaycan da müsəlman dünyasının bir parçası olduğundan, bu ikili standartlar bizə də şamil olunmaqdadır. Ermənistanın bəşəriyyət üçün heç bir əhəmiyyəti olmasına baxmayaraq, sadəcə din faktorundan çıxış edərək, həmin ölkəyə dəstək verənlər, hətta ermənilərin işğalçı siyasətinə göz yumanlar tapılmaqdadır. Bundan başqa, Ermənistanın müstəqil bir ölkə olmadığı, daha çox Rusiyanın forpostu kimi çıxış etməsi və güclü erməni diasporunun fəaliyyəti dünya ictimaiyyətinin Ermənistanın işğalçı siyasətinə göz yummasına gətirib çıxarır.
- Çox maraqlıdır ki, artıq bir çox ölkələr münaqişənin həlli üçün ortaq layihələrin reallaşmasında maraqlıdırlar. Sizcə, bunun əsas səbəbi nədir: Ermənistanın niyyətini ört basdır eləmək, yoxsa həqiqətən yardımçı olmaq?
- Mən birmənalı şəkildə Azərbaycan torpaqları işğaldan qurtulmayınca Ermənistanla hər hansı ortaq layihələrə imza atmağın əleyhinəyəm. Çünki, bu cür addımlar Azərbaycan insanının unutqanlığına hesablanıb. Bununla bizi haqq mübarizəmizdən yayındırmaq və tarixi unutdurmaq istəyirlər. Necə ola bilər ki, sənin evini talan etmiş, ailə üzvlərini qətlə yetirmiş, 7 yaşlı övladını divara mismarlamış bir insanla ortaq bir iş görəsən?! Hələ itirdiklərimizi geri qaytarmamağı və elədiklərinə görə üzr istəməməyi bir yana, gəlib bizim iqtisadi layihələrimizə də şərik olacaqlar?! Biz 1813, 1828, 1988-ci il hadisələrindən heçmi dərs götürməmişik?!
Birgə layihələrə imza atıb düşmənimizi bəsləyək və gələcəkdə yeni-yeni işğallara rəvac verək, deyirsiz?! Əsla!
- Siz elm adamı, gənc alim kimi dünyanın bir çox ölkələrində olmusunuz. Konkret ermənilərin təcavüzkar və işğalçı siyasətini, Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırmaq üçün hansı işləri görmüsünüz?
- Bir Azərbaycan vətəndaşı kimi gündəlik ünsiyyətimizdə həmişə Azərbaycan həqiqətlərini bütün dünyaya bəyan etməkdəyik. Bunu sosial şəbəkələrdə də edirik. Çoxlu əcnəbi dostlarımız var, onlarla ünsiyyətdə Dağlıq Qarabağ mövzusu hər zaman danışılır. İndiyə kimi dünyanın bir çox ölkələrində müxtəlif elmi konfrans və simpoziumlarda olmuşam. Türkiyə, Şimali Kipr, Rusiya, Ukrayna, Polşa, Kosovo və digər ölkələrdə Azərbaycanın işğala uğradığını və bir milyon qaçqınımızın olduğunu deyirik.
Konkret olaraq, yola saldığımız 2013-cü ili götürsək, deyə bilərəm ki, TURSAM Strateji Araşdırmalar Mərkəzi olaraq, Türkiyənin iki universitetində - İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetində və Burdur şəhərində yerləşən Mehmet Akif Ersoy Universitetində “Türkiyə-Azərbaycan əlaqələri”nə həsr olunmuş konfrans təşkil elədik və orada Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağdan, xüsusən də Xocalı soyqırımından danışdıq. Ötən ilin Sentyabr ayında Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in beynəlxalq toplantısında iştirak etdim və 200 ölkə nümayəndəsinin qarşısında çıxışlar etdim. 10 gün davam edən iclaslarda işğal olunmuş torpaqlarımız, bir milyon qaçqınımız, Azərbaycanın terrorla mübarizəsi və bu kimi digər mövzularda çıxışlar elədim. Çıxışlarım o qədər sərt və sərrast idi ki, hətta Ermənistan nümayəndəsi iki dəfə mənim çıxışıma etiraz əlaməti olaraq, bəyanat yaydı. Ötən ilin 25 Fevral tarixində Şimali Kipr Parlamentində Xocalı sərgisi təşkil elədik, bir gun sonra – ayın 26-da isə Türkiyənin Dənizli şəhərində yerləşən Pamukkale Universitetində Xocalı soyqırımı ilə bağlı tədbir keçirdik.
Ötən illərdə də bu kimi tədbirlər keçirmişik. Düşünürəm ki, gələcəkdə də Azərbaycanla bağlı silsilə tədbirlər keçirməliyik və bu, bizim bir vətəndaş borcumuzdur.
- Bu gün gedən elmi, siyasi, intellektual müharibədə gənclərin rolunu necə qiymətləndirirsiniz?
 Ümumiyyətlə, gənclər cəmiyyətin aparıcı qüvvəsidir. 2003-cü ildə ölkə başçısı postuna gənc, perspektivli və intellektual bir şəxsin seçilməsi Azərbaycanda gənclərin qarşısında çox böyük üfiqlər açmış oldu. Ötən illər bir daha sübut etdi ki, ölkə gəncləri bütün sahələrdə öz sözünü deməyi bacarır.
Düşmənlə mübarizədə də əsas yük biz gənclərin çiyinlərinə düşür. Məhz bizlər Azərbaycanın başının üstünü alan qara buludları dağıtmalı və ölkəmizi dünyanın aparıcı ölkələrindən birinə çevirməliyik. Düşünürəm ki, buna bizim gücümüz, iradəmiz və savadımız çatar.AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib