"Bizi ləkələmək istəyirlər” - Tofiqdən saxlanılmasına reaksiya

"Bizi ləkələmək istəyirlər” - Tofiqdən saxlanılmasına reaksiya
SOSİAL
22:25 31.01.2024
263
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev xuliqanlıq hərəkətlərinə görə məsuliyyətə cəlb edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Qafqazinfo”nun məlumatına görə, o, bu barədə Baku TV-yə danışıb.

Tanınmış idmançı məsələyə belə münasibət bildirib:

"Yayılan xəbərlər boş-boş şeylərdir. Ölkənin bayrağını ucaldan, müharibədə can qoyan idmançılara hörmət eləsinlər, biz bu millət üçün canımızdan, qanımızdan keçmişik. Bunlar deyəsən, bizi ləkələmək istəyirlər”.

Tofiq Musayev yayılan xəbərləri təkzib etsə də, DİN-dən "Qafqazinfo”ya fakt təsdiq edilib. T.Musayev barəsində həbs növü olmayan digər qətimkan tədbiri seçilib.

Hazırda xuliqanlıq maddəsi ilə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər barəsində digər qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslərdən Tofiq Musayev və Mehman Məmmədovdan başqa digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, R.Əsədov, X.Rüstəmov, Vüqar Kərəmov, M.Məmmədov münaqişə vəziyyəti yaradaraq ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək ona qarşı xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
19:12 18.07.2026
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
“Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub
18:54 18.07.2026
“Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub
İran "geri çəkildi": ABŞ ilə imzalanan razılaşma pozuldu
18:39 18.07.2026
İran "geri çəkildi": ABŞ ilə imzalanan razılaşma pozuldu
Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA
18:28 18.07.2026
Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA
Gəncə çayında köməksiz qalan şəxs xilas edildi
18:13 18.07.2026
Gəncə çayında köməksiz qalan şəxs xilas edildi
Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər
17:51 18.07.2026
Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər
Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya yola salındı
17:45 18.07.2026
Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya yola salındı
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
17:33 18.07.2026
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
İlin ən uğurlu ayı başlayır - Bu 3 bürc varlanacaq
17:16 18.07.2026
İlin ən uğurlu ayı başlayır - Bu 3 bürc varlanacaq
Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
17:01 18.07.2026
Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib
16:54 18.07.2026
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
16:47 18.07.2026
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
İran ABŞ-la münaqişəyə son qoyulması üzrə memorandumun icrasını dayandırıb
16:33 18.07.2026
İran ABŞ-la münaqişəyə son qoyulması üzrə memorandumun icrasını dayandırıb
Tramp onun taktikasını tənqid etdi
16:23 18.07.2026
Tramp onun taktikasını tənqid etdi
FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
16:15 18.07.2026
FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
Sabah çimərliklərdə hava necə olacaq?
16:09 18.07.2026
Sabah çimərliklərdə hava necə olacaq?