Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Gülgün Abbasova AZXEBER.COM-a müsahibə verib. Müsahibəni təqdim edirik:- Talassemiya sahəsi ilə neçə ildir məşğulsunuz?
- 6 ildir ki,talassemiya sahəsində könüllü fəaliyyət göstərirəm və 3 ildir ki,talassemiya və digər layihələr üzrə işləyib təlimlər keçirəm.
- Talassemiyasız həyat naminə” bu şüar nəyi təsdiqləyir?
- ,,Talassemiyasız həyat naminə”-şüarı bizim ölkənin birinci xanımı, millət vəkili, çox hörmətli Mehriban xanım Əliyevaya aiddir. Əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi sahəsində fondun həyata keçirdiyi "Talassemiyasız həyat naminə" layihəsini xüsusilə qeyd etmək lazımdır. Bununla əlaqədar 2005-ci ilin fevral ayının 8-də fondun təşəbbüsü ilə müxtəlif beynəlxalq səhiyyə təşkilatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların, yerli və xarici şirkətlərin nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirakı ilə "Talassemiyasız həyat naminə" mövzusunda dəyirmi masa keçirilmişdir. Burada Beynəlxalq Talassemiya Federasiyasının birgə əməkdaşlıq imkanları müzakirə edilmiş, eləcə də talassemiyanın müalicəsi və profilaktikası üzrə milli proqramın hazırlanması məsələsi gündəmə gətirilmişdir. Qeyd olunan layihə çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu il mayın 9-da Bakı şəhərində Talassemiya Mərkəzinin açılışı olmuşdur.Bu proqram talassemiya xəstəliyinə aid olan hər bir incəliyi özündə əks etdirir.Ambulator müaəlicə,dəmir qovucu və bəzi dərman perparatlarının dövlət tərəfənindən alınması,xəstələrin qana olan tələbatın ödənməsi,əhalinin maarifləndirilməsi,talassemiya problemli insanlara,körpələrə xususi diqqətin,qayğının göstərilməsi və hər kəsi bu xeyirxah misyada iştrak etməyə çağırdı.
- QHT olaraq fəaliyyətiniz?
- Azərbaycan Talassemiya Federasiyası-nın əsas fəailiyyəti ölkə regiaonlarının bu problemlə bağlı bilmədiklərini əhali arasında məlumatlandırmaq,müalicə üsulun düzgün tədbiq olunması,maarifləndirmə işlərinin aparılması,kütləvi qanvermə aksiyalarının təşkil etməkdir.Talassemiya problemli insanlara zaman zaman əyləncəli tədbirlər və layihələr təşkil etməkdir.
- Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunan layihəriniz var.
- Bildiyiniz kimi ,,Talassemiyasız həyat naminə”proqramı bir çox məsələləri əhatə edir. Müasir dövrdü və inkişaf edən ölkənin vətandaşlarıyıq.Elm,texnologiyanın inkişaf etdiyi bir dövrdə təssüflər olsun ki,ölkəmizdə hələ də talassemiya problemi ilə körpələr doğulur.Çox insanlar özlərinə Talassemiya problemini yaxından bilən bir şəxs kimi talassemiya problemini maarifləndirmə işlərini öz üzərimə götürmüşəm. Talassemiya mövzusu bilavasitə qan donorluğu mövzusu ilə bağlıdır. Buna görə də, Azərbaycan Talassemiya Federasiyası fəal şəkildə qan donorluğunun təbliğatı ilə də məşğul olur.
- Fəaliyyətinizdə kimlər, necə dəstək olur?
- Demək olar ki, indiyə qədər müraciət etdiyimiz hər bir yerdə - valideynlərimizdən başlayaraq, dövlət strukturlarına qədər yerdə bizə dəstək verilib . İnsanlar bizə anlayışla yanaşırlar. Həm dövlət, həm də kommersiya strukturları tərəfimizdən keçirilən qanvermə aksiyalarını dəstəkləyirlər. Kütləvi qan toplama aksiyalarının, hətta tədbirlərimizin və layihələrimizin təşkilin də kommersiya müəssələri özləri yardım etmək üçün təşəbbüskarlıq göstəririlər.Buna görə hər kəsə çox minatdarıq.Bu xeyirxah misyada bizə dəstək olurlar.
- Eşitmişik ki, tez-tez çətinliklərələ üzləşirsiniz bu haqda nə deyə bilərsiz?
- Müəyyən dövrlərdə hamıda müəyyən çətinliklər ola bilər, bu isə ələlxüsus insan həyatının daimi müalicə ilə bağlı olduğu hallarda özünü büruzə verir. Mütəxəssislərin olmaması – ölkəmiz üçün böyük problemdir. Biz dəfələrlə bu mövzunu gündəmə gətirmişik. Laboratoriyalarımız kifayət qədər lazımi avadanlıqlarla təchiz edilməyib və bu baxımdan, ölkəmizdə bütün analizləri həyata keçirmək mümkün deyil. Heç şübhəsiz ki, biz də öz tərəfimizdən Səhiyyə Nazirliyinə kömək etməyə çalışırıq – axı biz daim narazı ola bilmərik! Biz həm də başa düşürük ki, ölkədə talassemiyadan başqa öz həllini tapmamış bir çox digər problemlər də var. Amma gəlin açıq danışaq: talassemiya xəstələrinin öz gələcəyi ilə bağlı rahatlıq tapması üçün belə məsələlərin həllini sonraya saxlamaq olmaz.
Bizim təşkilata gəlincə - əsas etibarilə indiyə qədər üzərimizə götürdüyümüz bütün vəzifələrin öhdəsindən uğurla gəlmişik. Bu gün bizim yeganə bir çətinliyimiz var – Ədliyyə Nazirliyi müxtəlif səbəblərdən bizim təşkilatı qeydiyyata almır. Hərçənd ki, müxtəlif xəstəliklərə düçar olmuş pasiyentlərə yardım və qayğının göstərilməsi ilə məşğul olan qeyri hökumət təşkilatının yaradılması, Azərbaycanın istənilən vətəndaşının Konstitusiya hüququdur. Amma biz ruhdan düşmürük və öz fəaliyyətimizi davam etdiririk; ölkəmizdə bu gün baş verən bütün müsbət dəyişiklikləri nəzərə alaraq, biz ümid edirik ki, tezliklə bizim məsələ də öz həllini tapacaq.
- Bəs son zamanlar dünyasını dəyişən xəstələr haqqında nə deyə bilərsiniz?
Çox təəssüf ki, belə hallar baş verir. Ölkəmizdə talassemiya xəstələri cəmi bir neçə il əvvəl 15 yaşına qədər yaşamırdılar... İndi hər şey yaxşılığa doğru dəyişir. Çox istəyirik ki, biz yalnız günahkarları axtarmaqla məşğul olmayaq, həm də vaxtında müalicə ilə bağlı şəxsi məsuliyyətimizi dərk edək. Valideynlər öz uşaqlarının düzgün və vaxtında müalicəsinə nəzarət etmək üçün ilk növbədə özləri savadlı olmalıdırlar! Çox təəssüf ki, həkimlər müalicəni həmişə düzgün təyin etmirlər. Çox təəssüf ki, valideynlər həmişə həkimin məsləhətlərinə əməl etmirlər. Və çox təəssüf ki, bizdə indiyə qədər “C” hepatitinin pulsuz müalicəsi yoxdur. Bu isə pasiyentlərin ölüm faizinin səbəblərindən biridir; belə ki, bir çox ailələr “C” hepatitinə yoluxmuş uşaqlarının bahalı müalicəsi üçün maliyyə vəsaitləri tapa bilmirlər. Əlbəttə ki, dünyadan köçənləri qaytarmaq mümkün deyil, amma, biz öz şəxsi müalicəmizə məsuliyyətlə yanaşsaq, normal həyat sürə bilərik.
- Qarşılaşdığınız çətinliklər sizi yormur?
- Vəziyyətdən asılıdır. Elə vəziyyətlər olub ki, biz öz işimizi atmaq və heç kəsə kömək etməmək istəmişik. Amma sonra anlamışıq ki, bizim həyatımızı bizdən yaxşı heç kim yaşaya bilməz və bizim əvəzimizə bizdən yaxşı heç kim söz deyə bilməz. Həm də axı insanlar bizə inanırlar! Bu isə bizim üçün ən vacib məsələlərdən biridir və körpə balalarımıza görə irəli getməyə, talassemiya xəstələrinin yaşayış keyfiyyətini yaxşılaşdırmaq uğrunda mübarizə aparmağa stimul və qüvvə verir.
-Son olaraq fikirləriniz...
- "Sağlam həyat naminə”_Bizə dəstək olan və bizim uğurlarımıza inanan hər bir kəsə ayrı-ayrılıqda dərin minnətdarlığımı bildirirəm!
![](/file/pic/xeber/2015-10-30/21505.jpg)
![](/file/pic/xeber/2015-10-30/21506.jpg)
![](/file/pic/xeber/2015-10-30/21508.jpg)
![](/file/pic/xeber/2015-10-30/21509.jpg)
![](/file/pic/xeber/2015-10-30/21510.jpg)
![](/file/pic/xeber/2015-10-30/21511.jpg)
![](/file/pic/xeber/2015-10-30/21512.jpg)
![](/file/pic/xeber/2015-10-30/21513.jpg)