Xəbər verdiyimiz kimi, bu gün “Media açarı-2011” mükafatının təqdimat mərasimi keçirilib.
AZXEBER.COM portalının təqdimat mərasimində olan müxbirinin verdiyi məlumata görə, nominasiyaların qalibləri aşağıdakılardır:
İlin ən yaxşı jurnalist araşdırması – Vüsalə Əlibəyli (Azadlıq radiosu)
İlin şərhçisi – Hüseynbala Səlimov (Azadlıq radiosu)İlin media adamı – Rafiq Əliyev
Təşkilat komitəsi “İlin reportyoru” mükafatının qalibini açıqlamayıb. Qeyd olunub ki, müraciət çox olub və təşkilatçılar qalibi seçə bilməyiblər.
AZXEBER.COM portalı tədbirdə Azərbaycan mətbuatı ilə bağlı səsləndirilən fikirlərin ictimaiyyət üçün maraqlı olduğunu nəzərə alaraq çıxışları təqdim edir...
Vüsalə Mahirqızı (APA-nın baş direktoru): "Mən hesab etmirəm ki, bu gün ölkədə internet media və sosial şəbəkələrin fəaliyyəti ilə bağlı problem var. Bu sahədə kifayət qədər azadlıq var, hətta bu gün Azərbaycanda ən azad fəaliyyət göstərən media növünün internet media olduğunu da deyə bilərəm. Bəzən internetə nəzarət üçün şuralar və sair yaradılacağı ilə bağlı bəzi fikir və gümanlara rast gəlinir. Amma hələ ki, bununla bağlı hər hansı rəsmi açıqlama olmayıb, ümid edirəm ki, gələcəkdə də belə bir şey olmayacaq”.
Xalid Kazımlı (“Yeni Müsavat” internet saytının redaktoru): “Hazırda minlərlə bloq var. Onların hamısına hökumətin nəzarət etməsi çətindir. Mediada olan problemlər bu gün çoxluq təşkil edir”.
Osman Gündüz (Azərbaycan İnternet Formunun Prezidenti) : “Azərbaycan interneti artıq öz sözünü deyə bilir. Bu gün internet xəbərlərini gündəlik 20 min insan oxusa da, onların heç birinə 20 qəpik verilmir. Ona görə də internetin maddi problemləri hələ də öz həllini tapmayıb. Maliyyə dəstəyi çox zəifdir”.
Rauf Arifoğlu (“Yeni Müsavat” qəzetinin baş redaktoru): “Elektron media hakimiyyətin nəzarətindədir. İqtisadi cəhətdən təzyiqlər olunur və elektron medianın batırılması üçün çalışırlar. Ümumilikdə, jurnalistlərimiz zəncilərə bənzəyir. Zəncinin ən böyük arzularından biri diffamasiya haqqında qanunun qəbul edilməsidir”.
Ozal İbrahimliSevil Rəsulzadə